14 avqust 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Qıza, bilirsən e- me-ye-l nədir?
- Bu, nə sözdür danışırsan? Adam dilində söhdət elə başa düşək də.
- Bu, e-mail deyilən şey kompüterin əməllərindən biridir. Yəni, oturasan burada, bu düyməni basırsan, istədiyin xəbər gedir dünyanın o başına, yaxud da dünyanın o başından gəlir sənin evinə. Onunla-bununla pıç-pıç eləyənəcən, istəsən bir xəbəri yüz yerə, min yerə yolla.
- Day denən çəpərüstünün kitabı bağlandı ki, innən belə daha çəpərüstü yox, EMEYELÜSTÜ söhbət eleyəcəklər.
- Nə bilim vallah. Uşaq o gün mənim üçün də bir dənə həmin e-maildən təşkil etdi. 1-2 saata bir qoşyn xəbər gəldi.
- Nə deyir e, o e-mayil bacı.
- Birinci, məlum oldu ki, bu yazdığımız saxtakarlıqlar, əndiradadi işlər elə bütün rayonlarda varmış. Elə hər yerdə ünvanlı yardımın yarısı boğulmuş, hər yerdə ağaclar kəsilirmiş, ötən il tikilənlər bu il sökülürmüş...
- O, e-mail təzə nə deyir e.
- Qiza, elə xəbərlər deyir ki, adam həm deməyə qorxur, həm də bilmirsən ki, yalandır, ya doğru.
- Hələ bir-ikisini dınqıllat.
- Deməli, e-mail bacı yazır ki, 2-3 ay öncə rayona bitişik kənddən, çayın o üzündən bir oğlanı oğurlayıblar.
- Məşədi İbadın sözü olmasın, həmişə qızları oğurlayardılar axı, bəlkə səhv eşitmisən.
- Yox, dəqiq oğlan xeylağıdır. Özü də pul üstündə oğurlayıblar.
Guya şəriklərinə atıb ona görə.
- Bəs qohum-əqrabası bu işə nə deyir?
- Deyilənə görə, elə oğurlayan öz qohumu, həyat yoldaşının dayısıdır. 3 aydır həmin oğlanın nə öldüsü, nə də qaldısı məlumdur.
- Onda qohum işinə qarışmayaq. Özləri bilər.
- Müğan kəndlərinin birində də, deyəsən adı Q-yla gələn bir kənd-də ruhi xəstə, Qarabağ əlili 1-2 aydır itib, heç tapa bilmirlər. Bu e- mail olmasa idi, heç mən də bilməzdim.
- Bu e-mail elə itənlərdən, oğurlananlardan yazır?
- Yox, ay bacı. O Xaçmaz tərəfdə adama cuman çaqqallar var idi ha. İndi onlar yavaş-yavaş biz tərəfə gəlir. Bu e-mailin yazdığına görə guya qonşu rayonda canavar gəlib bir uşağa cumub, onun qolunu qopardıb. Kişi gəlib uşağa nəzarət etmədiyinə görə vurub arvadı öldürüb.
- Görürsən də nələr olur. Sən də başlamısan ki, rüşvət belə gəldi, saxtakarlıq berə getdi, müxalifət kimdir, iqtidar kimdir.
- Neynim e, ay bacı, eşitdiklərimi deyirəm də.
- Sən e-maildi, nədi, ona çox baş qoşma. Şeytan əməlidir. Özün bacarmırsan, yolla bizə, onu başa salım ki, bir də belə axmaq–axmaq xəbərləi sənə yollamasan.
- Zahir Əmənov
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 288
Aliexpress WW
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter