• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

15 sentyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Qıza, bilirsən də, 15 gündən sonra icra başçımızın 1 ili tamam olur.
- Narahat olma, bacın onun üçün bir qəşəng xonça hazırlayıb. Həmin təntənəli gün ərəfəsində təqdim edəcək.
- Onda bəzi məsələləri hələ tərpətməyək.
- Hamısını cəmlə, 15 gundən sonra “ krupnu” təqdim edərik.
- Bəs indi nədən söhbət edək?
- Qıza, bu narkotik məsələsi gündəmdən düşmür axı. Nə qədər tuturlar, sayı bir o qədər artır.
- 1-2 ay öncə bir narkotik məsələsi oldu ha - Hişkədərə məsələsi. Onun axırı hara çıxdı?
- Bu işdə günahkar bilinən Əbülfət adlı şəxs, sən demə, kəndin ən məşhur xeyriyyəçisi imiş. Kəndə yol çəkdirib, qaz çəkdirib, nə qədər yetim-yesirə əl tutubmuş.
İşə bax e.
Bu işin də kökü gəlib çıxıb Rusiyaya. Guya orda bizimkilər bir-birlərinə atıblar. Zərərçəkənlərdən də biri gəlib kəndə, bunları izləyib, maşınlar Rusiyaya çatan kimi “at”ın yerin göstərib rus polislərinə.
- Bəs o, nə söhbətdir, deyirlər ki, guya yükü aparan maşınlar Nacı Mazanın olub.
- Maşınlar onun olmağına onundur. Lakin maşını onlara pomidor-xiyar aparmaq üçün verib. Ona görə məsələ açılanda, guya Hacı Mazan bərk əsəbləşib ki, ondan tərəvəz üçün alınan maşına niyə “qara” qoyublar. Buna görə o, xeyriyyəci Əbülfətı verib güdaza.
- Arada dedilər ki, bəs Hacının özünü də saxlayıblar.
Onu deyə bilmərəm. Amma belə söhbət eşitmişəm ki, tutulan maşından xiyar-pomidordan özgə, razılaşdırılmış xəşişdən əlavə, bir neçə kiloqram planlaşdırılmamış heroin də tapılıb ki, buna heç kim yiyə durmur.
- Ağır söhbətdir, bacı. Yurdun zirək–zirək oğlanları qara-quranın badına gedir.
- Bəs bu tərəflərdə nə var, nə yox ?
- Nə olacaq? Hazır qəbiristanlıq. Hamı bütün nöqsanlarla razılaşıb. Hamı bütün ”tas“ları əzbər bilir. Rüşvətxorlar xalqa halallıq dərsi keçir, binamuslar namusdan mühazirə oxuyur. Düz söz deyəni nəinki məmurlar, heç o sürünənlər də eşitmək istəmir.
- Bilmirəm, nemesə rəhmətlik düşür, ya yox. O müharibə-də milyonlarla insanın ölumünə fitva verən Köbbelsin bir yaxşı fikiri var. O deyir ki, hansı millət ki, keçmişini mənəviyyatını unu-dur, həmin millətin birinci nəsli kütləyə, ikinci nəsli sürüyə çevirilir. İndi bilmirəm biz hansındanıq ?
- Qıza, deyəsən, sənin də başın xarab olub. Camaat küçənin zibilindən hərəkət edə bilmir, toy pulunu, yas pulunu, nə bilim işıq pulunu, forma pulunu güclə düzəldir, sən də mənə fəlsəfə dərsi keçirsən. Sənə neçə dəfə demişəm, gəl təzə bazarda bir dükan götürək, həm çörək qazanaq, həm də mırt vuraq.
- O çürük panellərə görə həmin bazara gedən var ki - bir var, panel altında qalasan, heç meyitini itlər də tapa bilməyə, bir də var, çəpər qırağında öləsən – heç olmasa qonum-qonşu hayına gələr.
Zahir Əmənov




Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 996

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter