• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Lənkəran - Deputat olmaq istəyən generalın şikayəti qəbul olunmayıb


Yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsində Mehdi Tağızadənin sədrliyi ilə ehtiyatda olan general Qabil Məmmədovun iddia ərizəsinə baxılıb.

Qabil Məmmədov ərizəsini Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından verib. 
 
Cenub.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, MSK 73 saylı Lənkəran Dairə Seçki Komissiyasının fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq istəyən generalın namizədliyinin qeydiyyata alınmaması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Verilən məlumata görə, buna səbəb kimi onun imza vərəqəsində bəzi imzaların şübhə doğurduğu göstərilib.

Məhkəmədə əvvəlcə prosesisin MSK nümayəndəsi olmadan keçirilməsi ilə bağlı qərar verilib. Daha sonra məhkəmə kollegiyası Qabil Məmmədovun qeydiyyatda olan ünvanını dəqiqləşdirib və işin apellyasiya məhkəməsində baxılıb-baxılmaması ilə bağlı qərarı qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hakim Tağızadə iddia ərizəsinin qəbul edilməsinin mümkün olmadığı barədə qərar açıqlayıb.

Məhkəmənin fikrincə, iddiaçı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Məhkəməyə görə, Qabil Məmmədovun namizədliyini qeydiyyata almayan Dairə Seçki Komissiyası Lənkəranda yerləşir və ərazi olaraq Şirvan Apellyasiya Məhkəməsinə aiddir.

Qabil Məmmədov məhkəmənin qərarı ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, o, məhkəməyə Mərkəzi Seçki Komissiyasının qərarı ilə bağlı müraciət edib.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.
Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter