• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Rusiya liderinin “qansız inqilabı” nədən xəbər verir?


Rusiyada 1990-cı illərin əvvəllərindən bəri dəyişməyən siyasi nizamın dəyişdiriləcəyi gözlənilir

 

Rusiyanın Baş Naziri Dimitri Medvedev vəzifəsindən istefa verdikdən sonra beynəlxalq ictimaiyyət Rusiyada baş verənlərdən danışmağa başlayıb. Dünya mətbuatı Prezident Putinin “Qansız inqilab” etdiyini irəli sürsə də, əsas məqsədinin səlahiyyətlərini uzatmaq istəyi olması da, diqqətdən qaçmayıb.  

 

Belə ki, dünən sürpriz bir qərarla istefa verən Rusiyanın Baş Naziri Dimitri Medvedevin bu hərəkəti beynəlxalq mətbuatın gündəmini zəbt edən əsas hadisəyə çevrilib. Əvvəllər Rusiya Prezidenti vəzifəsini icra edən və 2012-ci ildə Baş Nazir Putin ilə mövqeyini dəyişdirən Medvedevin istefasından sonra bir çox fərziyyələr də ortaya çıxmağa başlayıb. İddialara görə, Putinin səlahiyyətlərini artırması ilə yanaşı Rusiyada 1990-cı illərin əvvəllərindən bəri dəyişməyən siyasi nizamın dəyişdiriləcəyi gözlənilir.

 

“New-York Times” qəzetinin yazdığı bir məlumatda, Putinin ictimaiyyətə verdiyi açıqlamada dəyişikliklərin demokratiyanı gücləndirəcəyi ifadə olunsa da, əslində, o, 2024-cü ildə prezidentlik səlahiyyətinin müddəti bitdikdən sonra liderliyə yenidən davam edəcəyi, Baş Nazir postundan istefa verən Medvedevin isə Təhlükəsizlik Şurasının vitse-prezidenti kimi fəaliyyət göstərəcəyi açıqlanıb.

 

Məlumatda o da qeyd olunur ki, sözügedən qurum nə qədər vacib əhəmiyyətə sahib olsa da, Putinin nəzarətində olduğu üçün ciddi dəyişikliklər yaratması ehtimal olunmur.  

 

Putin dünən xalqa etdiyi müraciətdə Rusiya Dövlət Dumasının Təhlükəsizlik Şurasının gücünü artıracağını söyləmişdi. Lakin bundan dərhal sonra “New-York Times” 54 yaşlı keçmiş Baş Nazir Medvedevin yeni il nitqini yaydı. Belə ki, keçmiş hökumət başçısının nitqində melanxolik ifadələr işlətməsi və məşhur rus yazıçısı Anton Çexovdan “Hər yeni ildə ölümə bir az da yaxınlaşdığımızı unutmamalıyıq. Çünki hər geridə qalan il ağ nöqtəmiz genişlənir və qırışlarımız getdikcə daha da dərinləşir” cümlələrini işlətməsi, baş verənlərlə bağlı diqqət çəkən məqamlardan biri oldu.

 

Hər şeyə rəğmən, artıq Medvedevi əvəz edəcək şəxsin kimliyi də müəyyənləşib. Rusiyanın vergi idarəsinin rəhbəri Mixail Mişustinin Medvedevdən kreslonu təhvil alacağı da açıqlanıb. Lakin siyasi karyeraya sahib olmayan Mişustinin “texnokrat yer sahibi” kimi çıxış edəcəyi də mütəxəssilərin diqqətindən yayınmayıb.

 

2010-cu ildən bəri Federal Vergi İdarəsinin rəisi vəzifəsini icra edən Mişustin haqqında açıqlama verən mütəxəssislər, “Mişustinin siyasi təcrübəsi olmadığını və sadəcə yer dolduracağını” vurğulayıblar.


ayna.az
Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter