• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

31 yanvar 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Yox, bacılı. Tənqid etmədiyimizə görə küsüblər. Səhiyyənin, təhsilin, bəzi başqa idarələrin müdirləri zəng edib giley elədilər ki, nə oldu, a balam, yəni biz tənqiddən də aşağıyıq? Bütün müdirlərə şəbədə qoşursunuz, bizim adımızı çəkmirsiniz. Məgər biz məmur deyilik, məgər biz pul ala bilmirik, yalan danışa bilmirik, saxtakarlıq bacarmırıq? ... Hələ yaltaqlıq–filan məsələlərini demirik.
- Bəs sən nə dedin ?
- Dedim ki, səhiyyə başqanından incimişik. Tənqidlərimizdən çaş-baş hala düşəndən sonra vəziyyətdən çıxmaq üçün bir məclisdə deyib ki, bizi də göndərəcək hazırda həbsdə yatan müxbir Burcəli-nin yanına.
- Belə işlərə də o baxır?
- Onu dəqiq deyə bilmərəm. Hərçənd ki, bəzi mötəbər iclaslarda 2-3 nəfəri verib güdaza. Amma onu bilirəm ki, həmin Burcəlini elə baş həkimin övladının toyunda həbs ediblər. O da məlumdur ki, hər kəs toya öz ağlında, öz səviyyəsində olan adamlar çağırır.
- Yaxşı, bəs məclisdəkilər ona nə deyib?
- İndi bərkdən danışan az olsa da, bir nəfər yavaşdan deyib ki, əgər hər kəs öz həmkarının yanında yatmalıdırsa, nə əcəb bizim baş həkim gedib Əli İnsanovun Bayıldakı kamerasının qonşuluğunda yer almır? Vaxtilə əhalinin qanın bir yerdə içirdilər, pullu xidmətlərin vəsaitini bir yerdə çırpışdırırdılar. Özü gecə-gündüz onu tərifləməkdən doymurdu. Bundan əlavə...
- Bu baş həkimin söhbətin qurtar getsin.
- Niyə?
- Mən onun bir çıxışını dinləyib, lap kövrəldim.
- Yəni, türklər demiş, belə nazikdir?
- Deməli, iclas idi, hərə icra başçıcına bir cür girişirdi. Sən bizimkilərin MƏRDLİYİNƏ bələdsən də.
- Mətləbə gəl.
- Hə, növbə baş həkimə çatanda, nə desə yaxşıdır? Dedi ki, evimiz rayonun cənubunda olsa da, mən həmişə işdən çıxandan sonra üz tuturam rayonun şimal tərəfinə. Hansı ki, o istiqamətdə sizin əkdirdiyiniz, böynübükük palmalar sıralanıb. Hər gün sizin bu dahiyanə işlərinizi seyr edib, sonra gedirəm sizin sağlığınıza yeyib-içməyə.
- Deyirlər ki, ötən dəfəki mesajımızdan, yəni başçının villasının tikintisini başa çatdırandan sonra bəzələrinin canına vic–vicə düşdü.
- Eşit, inanma. O hər gələn başçıya quyruqbulayanlar var ha, onları mən yaxşı tanıyıram. Əvvəllər də dediyim kimi, “luboy” rəhbərin yaxasından girib, balağından çıxmağı bacarırlar. Uzaqbaşı deyəcəklər ki, əşi, o gedən filan–filana neçə dəfə demişdim ki, xalqı belə soyma, filan yeri dağıtma... amma qulaq asmadı ki, asmadı. Bir də hər təzə gələn, elə bilirsən ki, kasıblara işləyəcək. O da elə pullulara, neçə illər püxtələşmiş yaltaqlara, satqınlara sığınacaq.
- Amma onu bilirəm ki, başçımızın daha əhali içərisinə çıxmağa üzü qalmayıb. Əvvəllər şəhər numayəndəliyinin illik hasabatı zamanı camaatla Mədəniyyət Evində görüşərdi. Bu günlərdə isə, yəni növbəti görüş zamanı ancaq öz otağına 15-20 nəfər ləbbey deyən yığlb, necə deyərlər, xalqla yox, elə məmurlarla məmurluq görüşünü keçirib.
- Mənə elə gəlir ki, bizim rayonun əsl ziyalıları, əsl ağsaqqalları gec-tez öz sözünü deyəcək, ölkə başçısının imzaladığı qanunlara hörmətsizlik göstərən başçıya yerini gostərəcəklər.
- Boş xəyallara qapılma. Kinoda deyilmişkən, işimizi elə “ağsaqqal əyməsə yaxşıdır”.

Zahir Əmənov
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 560

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter