29 fevral 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Onlar da hökumət görməyib e. Hünərləri var, gəlsinlər biz tərəfə; otursalar da çırpacaqlar, ayaq üstdə olsalar da. Bizdə ancaq uzanana, iməkləyənə, bir də sürünənlərə bir söz demirlər. Çünki bu ”layihə”nin müəllifləri özləridir.
- Bəs bizdə heç oturan yoxdur?
- Niyə yoxdur, qıza? Oğlan var kreslosunda 20 ildir oturub, tərpədən yoxdur. Oğlan var neçə illərdir, evində oturub, heç tank da tərpədə bilmir. Bayıl-Şüvəlan türmələrində oturanların da ki, çoxunu tanıyırsan. Hələ nə qədər adam faizə, iynəyə oturub. Bu siyahını uzatmaq da olar. Qısası, hər yerdə, hər cürə oturmaq olar, bircə etiraz əlaməti olaraq oturmaq olmaz. Xüsusən də, meydanda.
- Qıza, ayaq üstə olanlar nə edir ki, oturanlar nə etsin? Gəl öz iş- gücümüzdən danışaq. Görək oxucularımız nə yazır?
- De gəlsin.
- Hə, icra başçılarından biri bəyənmədiyi ağsaqqallardan birinə deyir ki, bu narazılara deyin, məndən az şikayət eləsin. Hər şikayət məktubunu bağlamaq üçün, abadlıq fondundan 4-5 “packa” ziyana düşürəm. Şikayətlər belə getsə, yenə illərlə küçələr palçıq içində olacaq, təzə parkların sayı azalacaq.
- Eşitdiyimə görə, quşlar da bizdən şikayət edib?
- Nə, qaşqaldaqların etiraz aksiyasını deyirsən?
- Düz tapmısan. Çöl quşları da bəzi–bəzi adamları məhkəməyə verib. Deyirlər ki, ay bala, nə qədər qan analizi olar? Bu quş qripi tapılmır da, niyə bizi şərləyirsiniz. Niyə imkan vermirsiniz, bizi quş balası quş kimi güllələyib plov altı eləsinlər, bizdən ləvəngi düzəltsinlər. Vallahi-billahi, o monitorinqi keçirənlər həmin tədbirdən əvvəl də, sonra da doyunca qaşqaldaq, gərəf, çöl ördəyi yeyib, sonra da bu işə girişirlər. Hələ evlərinə apardıqlarını demirik.
- Bəs o yekə məktubda nə var?
- Bu məktubu bur jurnalist yazıb. Özü də bizdən səhv tutub. Məktub müəllifi bildirib ki, bir neçə ay öncə baş həkimlə bağlı yazdığınız bir məlumat düz deyil. Yəni, biz yazmışdıq ki, baş həkim icra başçısına yarınmaq üçün mötəbər iclasların birində deyib ki, evim rayonun cənub istiqamətı tərəfdə olsa da, hər dəfə işdən çıxandan sonra gedib siz əkdirən palmaları ziyarət edib, məhv olan palmaların ruhuna dua oxutdurub, onların rayona verdiyi gözəlliyə tamaşa edib, sonra evə gedirəm.
- İndi bunun nəyi səhvdir ki?
- Məktub yazan qardaşımız bildirir ki, baş həkimin həmin palmalı küçədə bir bərkgedən apteki var. Hər gün işdən çıxandan sonra gəlib oradan haqqını, yəni gündəliyini alıb, sonra evə gedir. Hətta orada onun gəlişlərini lentə də alıblar.
- Qıza, indi dəvələr dəngə gedir. Sən də pul saymağa yer tapmısan.
Sənə min dəfə demişəm, xirda-para işlərə baş qoşma. Allah bilir,
həmin aptek işləyir, ya işləmir. Baş həkimin ən böyük günahı isə o oldu ki, bir neçə ay öncə, axşamdan xeyli keçmiş lül-qənbər gəlib xəstəxanaya. Başlayıb palatalarda qışqırmağa, hay-küy salmağa.
Zahir Əmənov


Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter