• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

20 may 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Səni həmin bər-bəzəyə baxmağa cağırmışdılar?
- Yox, bacılı. Dedilər, bu bər-bəzəyə baxma. O nə pis şeylər varsa, hamısından bizdə var. Yəni narkomaniya, vərəm, işsizlik, korrupsiya... Məni bir kəndə dəvət etdilər. Deyəsən adı Gərmətük idi. Onların deməyinə görə, maliyyə şöbəsindən burdakı büdcə təşkilatlarına yoxlama gəlib və xəbərdarlıq edib ki, bir ayın əmək haqqını bizə bəxşış etməsəniz, çoxunuz ixtisara düşəcək, qalanlarını da gözümçıxdıya salacağıq.
- Bunu sənə deyən kim idı?
- Elə dərd o idi də. 4-5 nəfər and-aman edib bu xəbərin düz olduğuna and içsə də, hamısı yarvardı ki, adımı yazma. Dedim ki, onda nəyimə lazımdır ki, sizə görə maliyyə şöbəsindəki dostlarımızla düşmən olaq. Bəlkə, cammaata şər atırsız. Siz pis olmaq istəmirsinizsə, mən niyə pis olum ki! Ona görə acıq eləyib gəldim şəhərin mərkəzinə.
- Elə ordan da qayıtdın?
- Yox, bacılı. Dedim, gəlmişəm, buradakı Diaqnostika Mərkəzinin işi ilə də maraqlanım. Bağdakı skamiyada əyləşən, adının Yusif olduğunu deyən cavan oğlandan soruşdum ki, orada xidmət doğrudan da deyildiyi kimi pulsuzdur? Cavan oğlan dedi ki, ay bacı, deyəsən, Marsdan gəlmisən? Orada aparatdan keçməyin qiyməti 50 manatdan aşağı deyil. Dedim, cavan oğlansan, camaata şər atma. Dedi ki, şər niyə olur. O günləri özüm getmişdim, nə qədər yalvar- yaxardan sonra 40 manata güclə razılaşdıalr.
- Deməli, ona da inanmadın?
- Əlbəttə! Gördüm ki, burada bekarçılıqdan çoxu bir-birinə şər atır. Dedim ki, gedim təzə təmir olunan Dairəvi Qalaya bir az tamaşa edim. Qıza, oranı nə gözəl təmir edirlər. Xüsusən, keçmişdə dustaqxana olan həmən qalanın tək adamlıq kameralarına baxanda adamın ürəyi gedir. Deyirəm, nə qədər ki, ora gözətçi-zad qoymayıblar, giriş–çıxış pulsuzdur, bəzi məmurlar arada gedib orada 2-3 saat otursa, nə yaxşı olar. Həm çox sərin yerdir, həm də dünyanın işin bilmək olmaz, gələcək üçün təcrübə toplayırlar.
- Qıza, elə bildiyin ora qədərdir. Həmin qaladan 5-10 kilometr qərbdə - Lerik tərəfdə elə gözəl həbsxana tikirlər ki, gəl görəsən. Adam deyir ki, elə işlədiyin yerdə fürsət olsa, 4-5 il söküb-dağıdasan, sonra gəlib burada 3-4 il yatmağa nə var ki!
- Bir də Lənkəranda dedilər ki, burada da qəzet pulu çörəkli bizne-sə çevrilir. Büdcə təşkilatlarının da çalışanlardan hər 2-3 aydan bir 15-20 manat boğub, heç qəzetlərin də pulunu ağıllı-başlı vermirlər.
- Sənə min dəfə demişəm ki, xırda-para işlərə baş qoşma. Pul qazanan deyərlər Masallıdakılara. Bəzılərinin ”ipək yolu“ adlandırdığı Bakı-Astara yolunuin yeni çəkilən hissəsinə düşən torpağın hər hektarına görə ziyan çəkən vətəndaş üçün 3 min 400 manat pul ayrı-lıb. İcra hakimiyyətindəki hörmətli şəxslər isə həmin vətəndaşlara təklif edirlər ki, bu qədər pulu xərcləmək sizə pis təsir edər, yarısını verin biz xərcləyək. İndi həmin pulu vur yüzlərlə hektara gör nə edir.
- Birdəfəlik bu “levi” alış-verişlərin cədvəlini çap eləsələr, bizim də canımız dincələr, onların da.
Zahir Əmənov

-
Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter