10 noyabr 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Mənə, maşallah-maşallah, nə olub ki?
- Daha nə olacaq ki? Deyirəm sənə şirkət açım. Deyirsən ki, şirkət sahiblərinin qulağını o qədər kəsən var ki, yazıqlar öz qazandıqlarını rahat yeyə bilmir, hərəsinin də 5-6 cür xəstəliyi! Neçə cür maşınları, imarətləri olsa da, canlarını sağ tapmırlar.
- Bəlkə düz deməmişəm?
- Bəs vəzifəyə nə deyirsən? Oturardın bir isti kabnetdə, 5-10 bığıburma kişi də qulluğunda.
- Qıza. Elə bilirsən vəzifə orada oturanındır? Hərəsinin başı üstündə elə patronlar oturub ki, heç cınqırını çıxarda bilmirlər. Odu ye, bizim “inventor büro” deyilən bir idarə var e, təzə adı bilmirəm “reyestr” idarəsidir, nədir? Hə, 2 aydır ora boşdur. Amma ora müdir tapa bilmirlər. Çünki baş idarə deyir ki, bizə başkəsən lazımdır. Yəni elə adam ki, sənədləşməyə 1 əvəzınə 5 ala bilsin. Aylıq payımızı 5 əvəzinə 10 versin. Bax, belə işlərə görə vəzifəyə getmirəm.
- Mən də belə-belə işləri bildiyimə görə, o şirkət məsələsindən də, vəzifə məsələsindən də vaz keçirəm. Səni ərə verəcəyəm. Səni oğullu- qızlı edəcəyəm. Ömürlük subay qalan deyilsən ki?
- Ərə də getməyəcəm, oğul–qız da istləmirəm.
- Adət-ənənlələriməzə, toy, cehiz xərcinə görə deyirsən?
- O problem də var. Amma əsas səbəb toydan 9 ay sonrakı işlərdir.
- Qıza, adam dilində danış başa düşüm də.
- Üzümün həyasın tökmə də. Bu, ərə gedən köpək qızı dünyaya uşaq gətirməlidir ya yox? Bunun üçün doğum evinə girməlidir, ya yox?
- Hə, nə olsun ki ?
- Qıza, necə nə olsun, keçmişdə cəlladlar qara, qırmızı geyinərdi. İndi doğum evlərində ağ xalatlı cəlladlar meydan sulayır.
- Sən də ağın çıxartmada da. Dünyaya uşaq gətirən şirinlik verər də.
- Qıza, şirinlik olar 5 manat, 15 manat, 55 manat. Yoxsa ki, 80 “şirvan”
- 100-120 ”şirvan” da şirinlik olur. Klentlər bir yana, həkimlər bir-birini qırırlar. Pul verməyənin başına elə oyun açırlar ki, analar 9 ay uşağı bətnində gəzdirdiyinə peşman olur. Nə təhər oyun çıxardırlarsa, doğmağın dəhşəti qalır bir yana, yazıqlar mamaçaların, ginekoloqların tələb etdiyi pulu düzəltmək onlara doğmaqdan betər görünür. Heç axır vaxtlar oralara ayaq basmısan? Doğuşdan çıxan qadınların, onların yaxınlarının qarğış-naləsi ərşə dirənir. İllah ki, ilk uşağı oğlan ola, ya da 2-3 qızdan sonra oğlan doğasan, elə bil həmin oğlnı bunlar”istehsal” eləyib, dünyaya uşaq gətirən qadının başına bir oyun açırlar ki, gəl görəsən. Yiyəsi var? Müdirlərinə şikayət edirsən, görürsən ki, heç onları da hərləmirlər. Aylıqların, həftəliyin verib lal edirlər Lap bərk şikayət edənlərin isə qapısında diz çökürlər. Nə qədər uşağı şikəst edirlər, nə qədər ana balası ilə birgə məhv edirlər. Bunları bilə-bilə, dəliyəm ərə gedəm, uçaq doğam?
- Sən də başlamısan ki, evlənmək belə gəldi, o biri iş belə getdi. Nə qədər canımda can var, kimliyindən asılı olmayaraq xalqı mələdənləri mələdəcəm. Harada qırıldı, qırıldı. Prosta, mədəniyyətim yol vermir, lap ana-bacı söyüşü söyərdim, çünki belələrinə mədəni-mədəni deyəndə təsir eləmir.
Zahir Əmənov



Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 490

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter