13 dekabr 2003 ci-il

Dollar Tolik: - Bir şey çıxmır e...., torpaq, əmlak alverini bizdən alıblar, hərə özünə bir dayı tapıb. Vallah, heç mayanı çxarda bimirəm.
-Elə bildiyin ora qədərdir. Bircə seçkidə ağıllı tərpənsən, 10 ilin badixəracını toplayarsan.
- Sən də bunları seçdikdən sonra deyirsən.
- Bir şey-mey ver, sənə də öyrədim.
- Bundan sonra neylirəm.
- Ay avam, qabağda bələdiyyə seçkisi, Milli Məclisə seçkilər var.
- Nə isə, pıçıldaşırlar. “Yevro Alik”:
- Hə, indi deyərəm. Bilirsən ki, seçkidə hər dairə üçün 100 min dollara yaxın pul ayrılmışdı. Bizdə də 3 və para dairə var idi Yəni, hər DSK-nı ələ almaq üçün 35-40 min dollar. Belə ki, DSK sədri üçün 5 min, 2 katibin hər biri üçün 4 min, adi üzvləri üçün 3 min, müxalifətdən olanlar üçün 4 min, heç ipə-sapa yatmayanlar üçün əlavə mükafatlar nəzərdə tutulmuşdu.
- Bəs məntəqələr üçün?
- Hər məntəqə üçün 3 min dollar. 100-dən də artıq məntəqə var idi. Təxminən sədr üçün 1000, üzvlər üçün 400-500 dollar. İndi fikirləş, bu qədər pulu hər yetənə paylayan deyildim ki. Hər dairədə bir “viduşka” saxlamışdım, fırlatsın, pulu çırpışdıra bilək. Belə də elədik. 20-30 min xərclədik, qalan 350-380 minini qatladıq.
Birinə yalandan vəzifə boyun olduq, birini vəzifəli qohumu ilə qorxutduq. Dərdlərini kimə deyəcəklər ki? Deyəcəklər ki, saxtalıq eləmişəm, alçaqlıq eləmişəm pulumu vermirlər?
-Sən dəryasan ki, bunları eləyəndə heç utanıb eləmirsən?
- Kimdən utanacam. Sifətimə diqqətlə bax, heç burada bir qıram nur, bir qıram utanan sifət görürsən? Dədəmi tanıyırlar, nənəmi tanıyırlar? Hamı bilir ki, dinim-imanım puldur. Nə yazırlar, nə deyirlər, boş şeydir. Bircə pulumu kəsəndə, elə bil bütün ölənlərimi bircə komanda ilə qəbirdən çıxrdıb, düzürlər sıraya.
-Bəs işçilərin - müavinlərin, şöbə müdrlərin bu məsələyə neçə baxır?
- Müavinlərdən biri ancaq qohum-qardaşına vəzifə paylamaqla məşğuldur, onun nə duxu var sözümün qabağına söz deyə. Qalanları da zibil içində. Lap bərkə düşəndə bu pullardan 3-4 minini iqquş-maquşun ağzına atırıq, az qalırlar əzizlərinin üzünə duralar. Onsuz onların işi-peşəsi gələnin qabağınca-gedənin dalınca danışmaqdır. Bircə rayonun baş yapçısından balaca göz qırpıram. Bir-iki dəfə diş atdım, bir şey çıxmadı. Qısası, çörək seçkidədir, bu əməliyyatdan yığdıqlarımı gözümə qara su gəlməmiş yeyə bilsəm, mənə zaval yoxdur.
-Axı, sizdə idmançılar da şuluqçuya oxşayır.
- Məndən əvvəlki futbolu ləğv eləmişdi, mən də voleybolu məhv elədim. Bəzi adətlər bizə uyğun deyil: bir neçə kişi trusik-mayka geyib düşüb ortalığa. Mən belə şeylərə dözə bilmərəm. Hətta “bəzi-bəzi”qadınları ziyalıların üstünə göndərəndə də tapşırıram ki, başlarını bağlayıb, sonra işlərini görsünlər. Qaldı ki, idmana. Tapşırmışam, milli oyunlarmıza, mərə-mərə, şuppu-şuppu, dəsmal götür qaç, qayış baldır və digər oyunlara daha geniş meydan versinlər.
- İndi deyirsən ki, seçkiyə qədər acımızdan ölək?
-Fərasətli oğul daşdan, qumdan, lap zibildəndə pul çıxarar.
-Bəs onları öyrətmirsən?
-Onlar ikinci dərsin mövzusudur.
Zahir Əmənov
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter