23 dekabr 2001-ci il

- Papağın hanı?
Heç vaxt papağı qoymayan dovşan bu suala cavab verə bilməyib hər dəfə döyülürmüş. Ona görə də dovşan gedir Şirin yanına şikayətə
Şir də öz novbəsində canavarı danlayıb deyir ki, dovşanı döymək istəyirsənsə, ona çətin tapşırıqlar ver, icra edə bilməsin, sonra nə qədər istəsən döy.
Canavar “təlimata” əməl edib səhəri gün dovşanı siqaret almağa göndərir.
Dovşan siqaret alıb gətirən kimi canavar deyir.
-Bu siqaretdən deməmişdim, “Malbora” demişdim.
Dovşan: - “Malbora” da var. Alın.
Canavar: - Çaşdım e, “KENT” istəyirdim.
Dovşan: - “Kent”də var.
Qısası , canavar hansı siqaret deyirsə, dovşan o siqaretdən çıxarır.
Bəhanələrinin qurtardığını görən canavar hirslənib deyir:
- Siqaretı rədd elə. De görüm, papağın hanı?
Bizim yerli iqtidar da bəzi müdirlərlə üzüləşmək üçün bəhanə tapmır?
- Aylıq “arayışı” yubatmısan – müdirlər deyir, “al”hazırdır.
- Səndən şikayyət var”, - deyə bilmir. Çünki şikayətçiliyə kimsə də taqət qalmayıb.
- İdarələrin çoxunda sakitlikdir – çünki bölməyə bir şey qalmayıb, ya elə səliqəli bölürlər, səsi çıxmır.
Əlac qalır bir bəhanəyə. “Müxalifətlə əlbirsən. Müxalifəti himayə edirsən və s.” Yəni canavar dili ilə desək “Papağın hanı”.
Ancaq mən bilən indiki iqtidar müxalifəti yaxşı tanımalıdır. Çünki icra Başçısı məhz müxalifət hakimiyyətdə olanda şəhər nümayəndəliyindən təhsil şöbəsinin müdirliyinə, 1-ci müavin M.Kərimov kənd çay fabrikinin müdirliüyünüdən Şəhər çay fabrikinin müdirliyinə, İsa Nuriyev Aqranom mühəndisliyindən RİHB-nin müavinliyinə yüksəlib.
Qeyd: Bir gün olacaq.
“Papağın hanı?”deyənlərin özünə eyni sualı verəcəklər.
Başçı qəzetin sponsorunu axtarır
İlin əvvəlindən, “Masallı xəbərləri” qəzeti özünün ardıçıl fəaliyyətini bərpa edəndən sonra Rayon İcra Hakimiyyətinin başçısı Ş. Əhədəv və onun oyunçuları qəzetin sponsorunu axtarır.
- Filankəsi niyə tənqid etmir, ona bir papaq atırlar.
-Filankəsin adı nə əcəb müsbətdə çəkilib? Ona bir papaq atarlar.
Filankəz niyə məhz bu qəzetdə başsağlığı verib? Ona bir papaq atarlar.
- Nə bilim, maşınımız niyə filan idarənin qarşısında çox dayanıb?
- Qəbr üstünə gedənədə fialn müdir niyə biznən qoşa gedib? və s. və i.
Bu mövzüda biz də bir qədər baş sındırandan sonra, axır ki, bütün tərəflər üçün sərfəli variant tapdıq.
Şirəli müəllim, əgər siz risk edib qəzetin sponsurluğunu öz üzərinizə götürsəniz, 3 ulduzlu bir xeyirxahlıq edərsiniz.
- Birincisi, daha fikirləşməz, dərin-dərin araşdırmalar aparmazsınız ki, qəzetin sponsoru kimdir?
- İkincisi, bir ünvandan başqa digər ünvanlara pul verəndə o yandan beləsi gələn bəzi müdirlər, bəzi kişilər əsasız tənəlrdən qurtarar.
- Üçünçüsü, biz rahatlıqla, maddi xiffət etmədən qəzetüzü çıxardarıq.
Nəticədə, siz özünüz sizi tənqid edən bir qəzeti maliyyələşdirən rəhbər kimi tarixə düşərsiniz.
Hə, necə baxırsınız bi təklifə? Hələlik, 5-6 dənə göydən-zaddan...


Bir ağsaqqallardan sorüşürlar:
- Az Tv-də ən çox hansı verlişdən xoşun gəlir?
Deyir:- Multfilimlərdən.
Sorüşürlar:- Niyə?
Deyir:- Multfilimdə bi başdan bilirsən ki, hansı yalandır, göpdür. O biri verlişlərdə isə gərək baş sındırasan ki, hansı düzdür, hansı yalan.


- Dirçəliş günü - 17 noyabrdan çıxan rayonun rəsmi qəzetində əziz bayramımız - Dirçəliş günü ilə bağlı niyə bircə kəlmə də yoxdur. Və bayram nömrəsi niyə qara çıxıb?
- Bizdə heç kimi dirçəlməyə qoymurlar, bir az dirçələnini başından basırlar. Buna görə Dirçəliş günü rəsmi qəzetdə öz əksini tapmayıb. Qaldı qara rəngə, bu yerli iqtidarımızın bizə bəxş etdiyi qara günlərin nişanəsidir.

Əvvəlki rəhbərliyin iş üsulu ilə indikilər arasında əsas fərq nədir?
- Onlar bir dükanını yerini bir neçə nəfərə satırdı. İndikiləır bir nəfərə satır, lakin əvvəlkilərdən iki dəfə baha satır.

- Lənkəran “QAİ”ləri yaxşı işləyir, ya bizimkilər?
Əlbəttdə, bizimkilər, Lənkəranlılar tənbəldir. Yola çıxmaqla araları yoxdur. Amma bizimkilər maşallah günün istisində, qışın sızağında düz yolun ortasında bizi bizdən qoruyurlar.

GÜHÜH TAPMACASI.
Yol üstə bitən həmişə yaşıl ağac.
“ QAİ”


- Nıyə 4-5 ilə əvvəl məktəb direktoru vəzifəsinə heç kim getmirdi? Amma indi heç kimi həmin vəzifədən tərpətmək olmur.
-O vaxt delə şiddətli rüşvət yox idi. Direktor 12-13 “şirvan” lıq maaşa baxırdı. İndi ötürücü stansiya təhsil şöbəsəsi işi elə qurub ki, aşağılar pulu oynaya-oynaya yeyir, yuxarılar da oynaya-oynayay alır.
Zahirr Əmənov
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter