27 dekabr 2003 ci il

- Nə isə, bir az ehtiyatlı ol. Özü də pul, yəni rüşvət alanda utanıb, eləmə, pulları say, birdən arasına saxtasını qoyurlar...
-Bax, bizdə qum karxanası var e. Hər maşına haqq qoyublar. Mən gələndə əhali-qumun 1 maşınını 10 şirvana alırdı. İndi onların kürəyinə elə tas qoymuşam, qumun maşını dəvədən də şox qalxıb. Bizim xalq həm varlı, həm də dözümlüdür, elə bilirəm, yaxşı işləsək, tası 2 dəfə də qaldırmaq olar. Təkcə bu daş-qumdan ayda 5 min dollarım var.
-Bu quş-balıq bazarı nə məsələdir?
-Quş üçün nə var e.., o tərəfdən uçmasın, bu tərəfdən uçsun. Yəni kim pulunu versə, o tərəfədən uçacaq. Bu işdə də bir oyun qurub, 5 min dollar da oradan qatlayıram. Əşi yeməli yer birdir-ikidir.
-Oğulsan, vallah, mislin yoxdur. Yəqin belə ağıllı-ağıllı yeyirsən ki, lap porsuşa oxşayırsan.
-Danışığını bil a, yoxsa qalanını demərəm.
-Bir dənə göy verim səhiyyənin də sekretlərini de.
-Bunu da bilmirsən?
- Götürək bizimi xəstəxananı. Siyahida 200-ə yaxın xəstənini adı var. Faktiki 20 nəfər güclə taparsan. Hər ay 5-10 milyon bu olmayan xəstələrin yemək pulunu yeyirik, bir o qədər olmayan xəstələrə verirlər, sırınan dərmanların pulundan çırpışdırırıq. Canım sənə desin, bunu camaşir pulu var, təmir pulu var, saxta hərbi və pensiya biletin pulu var. Birdir, ikidir...
-Bəs təhsilin haqq-hesabı?
-Bunu biməyən yoxdur ki, Çünki bura 1 nömreli rüşvət yeridir. Burada çalışanlar savadlı olduğu üçün onlardan pulu da gərək savadlı alasan. Məsələn, məndən əvvəlki başçı hər məktəbə və “obşiy” haqq-hesaba faiz qoymuşdu. Mən 2-3 ay artistlik eləyib, pul almadım. Sonra hər 5-6 məktəbə müəllimlər müəllimindən başçı təyin edib, qısa vaxtda 20 min dollardan artıq pul qapazladım. Bu ilin sentyabırından isə elə köhnə faiz haqq-hesabı ilə gedirəm.
-Yaxşı, bu pulları yeyəndən sonra nə edirsiniz?
-Nə edəcəyəm. Gedirik xalqın icinə, kişilikdən, qeyrətdən, namusdan, saflıqdan onlara mühazirə oxuyuruq. Onlar da əl çalır. Çalmasalar, özümüzün çalanlarımız var, onlar düzüb-qoşür.
-Bəs bunları edəndə böyüklərdən qorxmursan?
-Elə bu reseptləri böyüklərdən almışam da.
-Qısası, bəs bir gün haqq-hesab sorüşan olsa?
- Bax, bu “Zirvə” saunasına aid söhbət deyil. Həmin haqq-hesab “Qiyamət” restoran - kamerasında olacaq.
Bu yerdə “Yevro Alik” səbəbini soruşanda o:
-Eh, mən aradan bir təhər çıxacam, görəsən, hər gün bütün rayonu baqaja qoyub, onu-bunu satmaqla ailəsinə pul qazanan iqquş, maqquş, toppuşlar adam içinə hansı üzlə çıxacaqlar?
Səhnə qaranlıqlaşır. Yenidən sazəndələr və nazəndələr gəlir, məclis davam edir.
Zahir Əmənov
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter