8 noyabr 2003-cü il Azər Səfərovun “Köhnə bazar” əhlinə müraciəti

Vallah, sizi bilmirəm, mən özüm belə şeylərə öyrənəcəliyəm. 9 il öz doğma rayonumun, Ağsunun rəhdəri oldum, heç evimizə gedən küçəni təmir etdirmədim. Yəni, sübut etmək istədim ki, xalq toz içində yaşayırsa, mən də toz içində yaşamalıyam. Şükür olsun ki, seçkiqabağı oradan-buradan vəsaitlər gəldi, həmin günahların bəzisini burada yuyub, bəzi küçələri xeyli abadlaşdırdım. Amma “Köhnə Bazar” küçəsini özüm düzəltdirmirəm. Qoy, xalq bilsin ki, bizim belə küçələrimiz də olub. Dünyanın inkişaf etmiş ölkələrinə nəzər salın. Almaniya kimi qudrətli ölkə hələ də II Fridixin sarayını, Reyxstaqın binasını, yunanlar Partenun məbədinin qalıqlarını, Allahın belrusları Brest qalasının xarabalıqlarını təmir etdirmir, elə o xaraba gündə saxlayırlar. Bax, mən özümü müdrik göstərib, hər gün gah tozuna, gah palçığına batdığınımz bu küçəni ona görə təmir etdirmirəm. Yoxsa, nə var ki, burada hər gün 500-dən yuxarı adam alver edir, hərəsi də 2 min manat rüsüm ödəyib. Həmin rüsumun da 500 manatı hökümət hesabına keçir, qalan 1500 manatı digər hesablara (başa düşdünüz də). indi bu 1500 manatı 500 nəfərə vursaq, hər gün təxminən 1 milyon manata yaxın pul eləyir, həmin 1 milyon manatı da aya vuranda eləyir 30 milyon manat (6 min dollar). Hələ bu ətrafdakı dükanın haqq -hesabını əlavə eləmədim. Bax, görürüsünüs də, pul var. Deyirəm, bəzi adamlar ki, bir ay bu tərəflərə tamah eləməyin, işlər düzələr. Amma eləmirəm. Qoy, abidə kimi qalsın. Bura xaricilər gəlir. Onları hamar yolla təccübləndirmək olmaz. O qədər gözəl yollar görüblər ki. Amma belə xaraba yollar onların böyük marağına səbəb olur.
Elə bilirsiniz, xaraba yolun xeyri azdır. Odur e, neçə yolu asvalt eləmişik, gündə bir qəza olur, hər ay neçə adam olur. Heç indiyə qədər xaraba yolda ölən olub, yox. Uzağı, şalvarı batır, qıçı burxulur, maşını zədələnir və s.
Yolun xaraba gündə olmasa, mal satanlara da xeyirdir. Çəkmə , qaloş və buna bənzər şeylər daha yaxşı gedir.
Maşın xarab olacaq, sürüçü düşüb alver edəcək. Maşın xarab olacaq, maşın düzəldənlərin çörək yeri artacaq, maşın palçıqa batacaq, maşın yuyanlar əlavə pul qazanacaq və s.
Bir dəfə özüm də “Köhnə Bazar”ın içində keçən həmin tarxi-xaraba yola səyahət etdim. Özgə kayf imiş. Maşının dal təkəri bu çaladan çıxmamış, qabaq təkər o biri çalaya düşür. Bir-birndən dərin, ürək oxşayan çalalar, sanki maşınları nəğmə oxudur:
Bu yana döndər məni,
O yana döndər məni,
Bu çala lap qəşıngdir,
O çalaya döndər məni.
Açıq söhbət eləmək istəyirəm. Vallah, indi bizdə bir şey yoxdur. Torpağa biz baxmırıq, əmlaka biz baxmarıq, 2-3 vəzifə qalıb, onu da nə qədər silkələmək olar.
Yenə çörək seçkilərdə idi. İndi də qarışıdan bələdiyyə seçkiləri gəlir. Uşaqlara tapşırmışam, bekarçılıqda, iş vaxtı krossvord oynamağı yığışdırn, gələcək bələdiyyə yerlərinin sahibləri ilə məşğul olun. Öz aramızdır, 100 bələdiyyə yeni az deyilə ha...
Nə isə. Xaraba yollarla irəli, mənim dözümlü xalqım!
Zahir Əmənov
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter