16 oktyabr 2004 cü- il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Qıza, eşidəndə ki, başçı yenə dəyişdi, o müdirlərə lap yazışım gəldi. Bilirsən də, hər müdirin 2 rəhbəri var. Biri nazir, yəni Bakıdakı rəhbəri, biri də ki, rayonda. Istər orada, istər burada, dəyişiklik oldu ki, gərək həmin müdir hər şeyi pozub, təzədən başlaya. Bizim dollar-yevro Alik də, maşallah, hamını təmiz ütüb gedib.
- Necə yəni ütüb gedib?
- Getməyindən 10-15 gün öncə bilib ki, onu atacaqlar bayıra. Birindən 3, birindən 5, bəzilərindən lap 10 alıb.
- Bu 5-10 nə deməkdir e?
- Nə olacaq, ya dollar, ya yevro. Milli pul götürmür ki.
- Görüm, yığdıqlarını heç salamat yeməsin. Yetim-yesirə 5 manat verəndə canı çıxırdı. “O mənlik deyil, bu iş mənlik deyil”, deyə-deyə 2 il gül kimi rayonu taladı, belə külü qoyum onun rüşvətxor başına.
- Gürürsən gedib, dalıycan deyirsən a.
- Elə işləyəndə də qabırğasına necə lazımdır döşəmişəm. Bütün murdar sifətlərini, bütün çibanlarıyla göstərmişəm xalqa. Sən bacuvu elə zəif bilmə. Bəzi yaltaq kişilərə baxma e. Dünən iyrənc-iyrənc tərifləyirdilər. İndi söyə-söyə ona verdiyi pulların yerinə yarpız qoymaqla məşğuldular.
-Deyirəm təzə gələn yəqin ki, yara üstdən yara vurmaz, müdirlər də babaldır.
-Müdirlərin dərdinə yenə birtəhər dozmək olar. Yığmışdılar, verdilər. Vay bələdiyyə olmaq istəyənlərin halına. Hələ seçkiyə 3 ay qalmış bələdiyyə yerləri yarmarkaya çıxarıldı. Kimindən 3, kimindən 5, bəzilərindən daha çox qapazladılar. İndi bu işdə dəllalıq edənlər qalıq ortada.
-Qıza, o gün papağımı ortaya qoyub fikirləşirdim ki, bu kişilər haçana qədər belə olacaqlar. İnsan neçə dəfə, neçə tərəfə əyilər?
- Onu-bunu bilmirəm, deyəsən, özüm bələdiyyə olacam. Gələn dəfə platformamla zəhmətkeşləri tanış edəcəyəm.
- Qıza, bələdiyyədə nə var ki? Bəzi sabiq direktolar keçmiş, ləğv edəilmiş sovxozun möhrünü saxlayıblar özlərində, keçmiş tarixə şappaşap sənəd tərtib edirlər, bələdiyyənin hesabına heç fındıq da keçirmirlər. Sən bilən kitab-dəftər çoxdan itib.
-Sən dediyin düz olsa ha, onlr üçün dədə-nənə qoymayacam.
-Qıza, söyüş söyəndə bir az ehtiyatlı ol. O təzə şey çıxıb e, nə bilim şərəfdü, ləyaqətdü, nədü, hə, ona görə adamı məhkəməyə verib, bir kisə pul tələb edirlər.
-Sən deyən şeyləri tələb edənin gərək özündə şərəf və ləyaqəti ola, sonra onu başqasından təəb eyləyə.
-Qıza, nəyi qoyub nəyi axtarırısan, atlar ölub itlərin bayramıdır.
-Hələlik qurtaraq gedim platformanı hazırlayım.
-Təkcə platformaya ümüd olma, şirinlik tədarükü görməyi də unutma.
Zahir Əmənov
-
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 275
Aliexpress WW
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter