• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Həyətyanı torpaq sahəsi mülkiyyətə necə keçirilir?

Həyətyanı torpaq sahəsi mülkiyyətə necə keçirilir?
Ötən sayımızda xəbər verdiyimiz kimi qarşılıqlı razılaşmaya uyğun olaraq, Lənkərandakı “Adiloğlu” MMC hüquq şirkətinin rəhbəri Sədrəddin Adiloğlu oxucuların hüquqi mövzuda suallarını cavablandıracaq. Artıq ilk suallar qarşımızdadır. S. Adiloğlu oxucuların həyətyanı torpaq sahəsi ilə bağlı sualını belə cavablandırır:
Həyətyanı torpaq sahəsi necə sənədləşdirirlir? Həyətyanı torpaq və payıbelli torpaqlar qohuma satılanda, yaxud bağışlananda nə qədər rüsum odenilir?
1. Həyət yanı torpaq sahəsi əvvələr vətəndaşlara Dövlət tərəfindən pulsuz verlirdi. O vaxtlar torpağın ayrılması barədə akt və torpağın qeydiyyat vəsiqəsi olurdu. Həmin sənədlər bu gün də bəzi vətəndaşlarda mövcuddur. Belə sənədi olanlar ilk olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib, orada torpağın kadasdr planını hazırllatdırır və ona mülkiyyət sənədi verlir. Bunun üçün 128-260 manat arasında rüsumlar ödənilir.
2. Əgər islahat zamanı vətəndaşlara torpağın mülkiyyəti barədə şəhadətnamə verlibsə, həmin sənəd bu gün də keçərlidi.
3. Əgər torpaq sahəsinin sənədi bələdiyyənin alqı-satqı müqaviləsi və aktı ilə müəyənləşirsə buna ilkin hüquq müəyən edən sənəd deylir. Belə sənədi olanlar ilk olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edib, orada torpağın kadasdr planını hazırlatdırır və ona mülkiyyət sənədi verlir. Bunun üçün 128-400 manat arasında rüsumlar çıxa bilər.

SUAL 2 Həyətyanı torpaq və ya payıbelli torpaq qohuma satılanda, bağışlananda nə qədər rüsum odenilir?

CAVAB 1 Ümumiyyətlə istər həyətyanı, istərsə də paybəlli və yaxud hər hansısa daşınmaz əmlak üçün prosedur eyni aparılır.
İstənilən mülkiyyət tam mülkiyyət hüququn alıbsa, sahibi tərəfindən isdənilən qohumuna bağışlana da bilər, satıla da bilər. Kənar şəxslərə isə yalnız satıla bilər. Yaxın qohumlara bağışlnmış əmlaka görə 21 manat rüsum çıxır, lakin digər notariat hərəkətlərin xərci üstünə gələrsə bu, 50-100 manat arasında dəyişə bilər. Uzağ qohumlara bağışlanan əmlakın müqavilə xərci isə 62 manat təşkil edir. Alqı-satqı müqaviləsinin bağlanması üçün bu xərclər daha fərqli olur. Belə halda 92 manat notariat haqqı, 10 manat xidmət haqqı tutulur.
Qeyd: Bəzi daşınmaz əmlakların mülkiyyət sənədlərinin düzəlməsində böyük məbləğdə xərclər çıxa bilər. Bu da həmin sənədlərdəki qüsurlardan asılı ola bilər.


Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 524

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter