Lənkəranın icra başçısının 1 ci müavini dünyasını dəyişdi

Lənkəranın icra başçısının 1 ci müavini dünyasını dəyişdi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,YAP-ın Rayon Şöbəsinin və rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.
"Ölkə.Az"-ın məlumatına görə, Dadaşov yarım saat öncə Masallıdan Lənkərana gedərkən, xidməti avtomobilində infarkt keçirib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İ.Dadaşovun 61 yaşı var. Uzun illər Lənkəran Şəhər Komsomol KOmitəsində katib, 15 ilə yaxın isə Lənkəran Şəhər İcra hakimiyyətində müavin işləyib. Lənkəran rayonun Şilavar kəndindəndir
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter