• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Güclü külək Lerik rayonunu işıqsız qoyub

Güclü külək Lerik rayonunu işıqsız qoyubLerikdə əsən güclü külək rayona verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.

"Report"un Cənub bürosu xəbər verir ki, axşam 19:00 radələrindən başlayaraq rayona 20 dəqiqə ərzində güclü küləklə müşayiət olunan leysan yağışı və qısa müddətli dolu yağıb.

İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorun yağ açarında qəza baş verib. Bu səbəbdən rayona verilən elektrik enerjisi kəsilib. Bu, hələlik dəyən ziyan barəsində ilkin məlumatdır. Sakinlər yağıntı və küləyin taxıl zəmilərinə də ziyan vuracağını söyləyirlər.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 564

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter