• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Masallıda kafe külə döndü

Masallıda kafe külə döndüMasallıda kafe yanaraq külə dönüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Kərimov Əzizağaya məxsus “Qamaş” kafesində qəfil yanğın baş verib.

Dərhal hadisə yerinə FHN-nin Masallı və Lənkəran yanğından mühafizə hissəsinin canlı qüvvəsi və hər rayondan bir texnika cəlb olunub. Ümumi sahəsi 220 kv.m olan kafe içindəki əşyalarla birlikdə yanaraq kül olub. Qısa müddət ərzində yanğın lokallaşdırılaraq yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisəyə səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 517

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter