Masallıda Qaz İdarəsinin müdiri yenə dəyişdi

Masallıda Qaz İdarəsinin müdiri yenə dəyişdiYeni müdir Gədəbəydən gəlib.

Seyran Şahverdiyev Masallı Qaz İstismarı idarəsinin müdirliyindən Regional idarəyə keçəndən sonra həmin idarədə heç kim uzun müddət müdir kreslosunda əyləşə bilmir.
Belə ki, Seyran müəllimdən sonra xızılı Gülayır müəllim bir neçə ay həmin təşkilata rəhbərlik etdi.
Onu Famil Mehdiyev adlı birisi əvəz etdi. Famil müəllim bu postda 1 ay olar-olmaz əyləşməmiş onu Masallıdan çıxarıb Gədəbəy rayonuna o vəzifəyə təyin etdilər.

Famil müəllimin yerinə isə əvvəllər Ağstafa və Gədəbəy rayonlarında Qaz İstismarı idarələrinə rəhbərlik etmiş, əslən gədəbəyli olan Etibar Nəbiyev təyin edilib.

Yaşlıların bildirdiyinə görə Etibar müəllim Masallıya təyinat alan ilk gədəbəylidir.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 270

Təcili satılır!

  • 04:07
  • 1 842
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter