8 ərazi nümayəndəsi vəzifəsi ilə vidalaşdı

  • 22.06.2017, 21:05,
  • Siyasi /
  • Oxunma: 69
Bu prosesin davam edəcəyi gözlənilir.

Son 1 ay ərzində Masallı rayonunda Ərazi nümayəndələrinin bir çoxunun vəzifələri ilə vidalaşdığı bildirilir.
Bunlar Təzəkənd, Sərçuvar, Qızılavar (müavin), Qodman, Kolatan, Yeyənkənd, Çaxırlı, Miyankü (müavin) kəndlərinin nümayəndələridir.
Onların bir çoxunun yerinə təyinat olmayıb.
İcra başçısının şöbə müdiri Adəm Məhərrəmovun bildirdiyinə görə həmin şəxslərin bəzisi yaşa, bəzisi isə əlillik pensiyaları aldıqlarına görə vəzifələri ilə vidalaşıblar. Digərlərinin isə “Katdanı gör, kəndi çap məsələnin daha özünü doğrultmadığına, “çörəkli” yerlərin kəskin azaldığına görə belə addım atdığını bildirirlər.
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter