Evi yanan Yardımlı sakinini ən çox nə “yandırdı" ?

Yanıb külə dönən 5 minlik kitabxanası.

Bir neçə həftə bundan öncə Yardımlı rayonunun Vərgədüz kənd sakini, təhsil şöbəsində baş məsləhətçi işləyən, şair-publisist Pənah Dumanoğlunun evində qaz sızmasından güclü yanğın baş vermiş, 2 mərtəbəli bina bütün əşyaları ilə - 2 il öncə gətirdiyi gəlinin cehizləri, evdəki qızıllar və sair ilə birlikdə tamamilə yanıb kül olmuşdur.

Pənah müəllimi “yandıran” isə nə qızıllar, nə avadanlıqdır – onu dərd-qubara salan on illərlə toplayıb yaratdığı, 5 mindən artıq kitabın cəmləndiyi kitabxanadır.

Pənah müəllim çox imkanlı olmasa da, nə qohumlardan, nə dostlardan - heç kimdən maddi yardım qəbul etməyib.
Onun arzusu və istəyi - kimin imkanı olarsa, onun kitabxanasının yenidən bərpası üçün kitab hədiyyə etməsidir.

Onun bir çox ünvanlara müraciəti cavabsız qalsa da, səsinə ilk səs verənlərdən biri “Cənub Kitab Evi" -nin rəhbəri Zahir Əmənov oldu.
Zahir müəllim şəxsi kitabxanasından və mağazasından Pənah müəllimə 100-ə yaxın kitab bağışladı.



Bütün dostlarımızı bu aksiyaya qoşulmağa dəvət edirik və kömək göstərmək istəyənlərə yardımçı olmağa hazırıq.

Abdul Əsgərli – 050 680 02 74

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 271

Təcili satılır!

  • 04:07
  • 1 842
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter