Cənub bölgəsində bəd xəbərlər azalmır

Cənub bölgəsində bəd xəbərlər azalmırBu bazar günü də qada-bəlasız ötüşmədi.

Son vaxtlar cənubdan gələn xəbərləri bir yerdə sıralayanda bəd xəbərlər - qəzalar, yanğınlar, qətllər, bıçaqlanmalar onlar sırasında daha çox görünür.

Elə, iyulun 9-u bazar günü də qada-bəlasız ötüşmədi. Belə ki, Cəlilabad və Astara rayonlarından bəd xəbərlər gəldi.

Məlum oldu ki, Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.
Kənd sakini Əliyar Əliyev ə məxsus birmərtəbəli, 5 otaqlı fərdi yaşayış evi yanıb.

Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Astaranın Miki kəndində isə yük maşını dağ yolunda aşıb.

Rayonun Pensər kəndinin sakini Sadiq Nəcəfov un idarə etdiyi mişar daşla dolu “KaMAZ” markalı yük maşını idarəetməni itirərək dağ yolunda aşıb.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Onun vəziyyəti orta ağırdır
.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 477

Təcili satılır!

  • 04:07
  • 1 930
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter