Müavinlərdən biri qadın olsun||--||


Müavinlərdən biri qadın olsun||--||

Bir neçə mənbədən aldığımız məlumata görə, bütün rayon icra hakimiyyətlərində müavinlərdən birinin qadın olması barədə qeyri-rəsmi tapşırıq verilib. Və bu tapşırıq yaxın 1-2 ay ərzində həll edilməlidir. Məlumat üçün bildirək ki, indi hər bir kənd rayonundakı icra hakimiyyətlərində 4 müavin fəaliyyət göstərir - kabinet üzvü olan 1-ci müavin və müavin (əsasən, kənd təsərrüfatı işlərinə cavabdeh olan müavin), 2 şöbənin  humanitar, ictimai-siyasi, eləcə də iqtisadiyyat şöbələrinin müdirləri həm də müavin statusunda olur.

Bəs icra hakimiyyətlərinə gətiriləcək qadın kadr hansı müavini əvəz edəcək? Əksər baxışlar humanitar sahələr üzrə müavinlərə dikilib. Lerik rayonunda bu sahədə problem yoxdur. Belə ki, Lerik icra hakimiyyətində bu vəzifəni elə qadın aparır. Hazırda Yardımlı rayonunda bu vəzifə boşaldılıb və həmin vəzifəni aparan şəxs Yardımlıda Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri seçilib. Cəlilabadda həmin vəzifənin sahibi Vidadi müəllim təhsil şöbəsinə müdir gedəndən sonra onu bir qadın əvəz etsə də, sonradan həmin qadın da şəhər məktəblərinin birinə direktor gedib və hal-hazıra kimi humanitar sahə üzrə şöbə müdiri yeri boşdur. Lənkəran Şəhər İcra Hakimiyyətində də 2 həftə öncə həmin postun sahibi Vüsal müəllim yenicə təyin olunduğu bu vəzifədən çıxarılıb, yəni burada da həmin vəzifə boşaldılıb. Astarada isə bu tapşırığa bir qədər fərqli yanaşırlar. Onlar humanitar yox, iqtisadiyyat üzrə müavin postuna qadın gətirmək istəyirlər. Lakin həmin vəzifəyə gətiriləcək qadının ixtisası ilə bağlı problemlər olduğundan məsələ yubanır. Masallıda da İcra hakimiyyətinin müavinləri arasında maraqlı yerdəyişmələr gözlənilir. Bakı şəhərində, o cümlədən, bir sıra qərb rayonlarında artıq bu məsələ həll olunub, yəni icra hakimiyyəti başçısının müavinlərindən birinin postuna qadınlar yerləşdirilib. Hazırda digər rayonlarda bu məsələnin həlli üçün ciddi iş aparılır - həm vəzifəsi qəzaya düşən müavinə iş tapılmalıdır, həm də həmin boş yer tutacaq layiqli qadın kadr müəyyənləşməlidir. Sovet dövründə rayonların baş idarəsində çalışan qadınların işini nəzərə gətirəndə qəribə mənzərələr yaranır. Yəni bu postu tutan qadınlar belə vacib və çətin vəzifənin ağırlığını daşıya bilmədiklərindən bəzən gülüş hədəflərinə çevrilirdilər. Əksər hallarda isə bu vəzifə ailə həyatı uğursuz olan qadınlara etibar edilirdi. Mənbə onu da bildirir ki, məsələ o dərəcədə ciddidir ki, yerlərdə layiqli, arzu olunan qadın kadrlar tapılmasa, həmin vəzifələri tutmaq üçün, sovet dövründə olduğu kimi, mərkəzdən qadın kadrlar göndəriləcək.

Bəs yerli sakinlər nə düşünür? Adını açıqlamaq istəməyən qadınların bir neçəsi bildirdi ki, rəhbərlikdə qadının olması çox vacibdir. Onsuz da son illər məktəb və uşaq bağçalarının rəhbərlərini çıxsaq, rəhbər işdə barmaqla sayılacaq qədər az qadın qalıb. Elə ailə problemləri var, bunu rəhbərlikdə olan kişilərlə müzakirə etmək olmur. Qadınlar həmçinin təklif etdilər ki, doğrudan belə kadr dəyişikliyi nəzərdə tutulursa, bunun üçün müsabiqə elan etsinlər.

Məlahət 

R4suloffR4suloff

OXUNMA SAYI :767

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az