Masallıda yol polisini avtomaşın vuraraq qaçıb.

Masallıda Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşları sərxoş sürücülərə qarşı reyd keçirən zaman hadisə baş verib.

Yol patrul xidmətinin baş serjantı Eynal Qoşqarov xidməti vəzifəsini yerinə yetirərkən onu avtomaşın vurub.

Dərhal yaralı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisənin qəsdən törədildiyi ehtimal olunur.

Polisdən aldığımız məlumata görə,hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda Masallı polisi onun saxlanılması istiqamətində iş aparır.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter