Masallı. Ərkivan sakini qəza törətdi

47 yaşlı sürücü ağır xəsarətlə xəstəxanaya yerləşdirildi


İyulun 22-də 18-19 radələrində Masallı-Yardımlı yolunun Qəriblər kəndindən keçən hissəsində qəza baş verib.



Ərkivan qəsəbə sakini, 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayev idarə etdiyi “VAZ-21011” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəyə yüksək sürətin səbəb olduğu deyilir.

Fakt araşdırılır
.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 260

Təcili satılır!

  • 04:07
  • 1 835
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter