Ölkə başçısının Masallıya ayırdığı 3 milyon manat hara xərclənib?


Şəhər mərkəzindəki 27 yaşayış binasında və həmin binaların həyətində

hansı abadlıq işləri aparıldı?


Ölkə başçısının Masallıya ayırdığı 3 milyon manat hara xərclənib?


Mətbuatdan bəlli olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Masallı şəhərinin abadlığı ilə bağlı 3 milyon manat vəsait ayrılmışdır.

Bəs həmin pullar necə xərclənib?

Suala aydınlıq gətirmək üçün Masallı İHB-nin müavini Nəsir Muxtarlı ya müraciət etdik.

Onun açıqlaması ilə sizi tanış edirik:

- Ölkə başçısının sərəncamı ilə Masallıya ayrılmış 3 min manat vəsaitin hesabına şəhərin Heydər Əliyev prospekti, Qarabağ və Cəfər Cabbarlı küçələrində yerləşən 27 çoxmənzilli binalarda təmiri işləri aparılmışdır.

Belə ki, həmin binaların dam örtükləri, fasadları, zirzəmiləri və 84 ədəd giriş blokları təmir edilmişdir. Bundan əlavə 5,5 ha ərazidə yerləşən yaşayış binalarının qarşısındakı yollara 950 p/m bardur düzülmüş və 20 000 m2 asfalt örtük döşənmişdir.

Ölkə başçısının Masallıya ayırdığı 3 milyon manat hara xərclənib?


Eyni zamanda binaların qarşısında müasir işıqlandırma sistemlərinin quraşdırılmasından ötrü hazırlıq işlərinə başlanılıb. Bundan əlavə binaların qarşısında yaşıllıq zolaqları salınacaq. Əraziyə torpaq daşınmış və bu istiqamətdə işlər davam etdirilir.


Ölkə başçısının Masallıya ayırdığı 3 milyon manat hara xərclənib?


Bundan əlavə yaxın vaxtlarda həmin binaların həyətində sakinlərin istirahət vaxtlarını asudə keçirməsindən ötrü istirahət guşələri yaradılacaq.

Əlavə olaraq şəhər ərazisində yerləşən digər 18 binanın da dam örtüyünün və 5 binanın fasadının əsaslı təmirinə başlanılmışdır. Artıq 15 binanın dam örtüyü və 5 binanın fasadı əsaslı təmir edilmişdir. Qalan 3 binanın dam örtüyünün dəyişdirilməsi işləri davam etdirilir. Bununla da Masallı şəhərində mövcud olan 77 binanın hamısının tam təmiri başa çatacaqdır.


Abdul

R4suloffR4suloff

OXUNMA SAYI :1311

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff