13 yaşlı oğlanı boğub öldürüblər||--||


- Atası həyat yoldaşından ayrıldıqdan sonra nəvəm Cəmil uzun müddət idi ki, bizimlə qalırdı. Əsasən, mal-qara ilə dolandığımızdan Cəmil bu işdə bizə kömək edir, hər gün mal-qaranı otarmağa aparırdı. Həmin gün də, yəni yanvarın 4-də Cəmil mal-qaranı örüşə apardı. Saat 1-ə yaxın evə gəldi, nahar elədi və saat 2-yə yaxın yenidən örüşə qayıtdı. Təxminən 1 saat sonra kənd sakini, 30 yaşlı Səfayıl bizdə olan atası Əliməmməd kişiyə zəng vurdu ki, örüş yerində Xudaqulunun nəvəsi Cəmili boğaraq öldürüblər, sonra da bağlayıblar kola. Canhövüllü örüş yerinə qaçdıq. Gedib görduk ki, 13 yaşlı Cəmili arxadan qolu bağlı qayalıqdakı kolluğa bağlayıblar. Diqqətlə baxanda gördüm ki, uşağın boynunu o qədər sıxıblar, tifilin hulqumu qırılıb.

Dərhal polis şöbəsinə xəbər verdik. Qısa müddətdə prokurorluğun, polis şöbəsinin və digər əlaqədar təşkilatların nümayəndələri hadisə yerinə gəldilər.

Çox təəccüblü haldır ki, boğulan nəvəmlə yanaşı 7 nəfər örüş yerində olub. Belə ki, kənd ərazi nümayəndəsinin kargüzarı Naibəli Hüseynov 2 uşağı ilə hadisə vaxtı örüş yerində olublar. Onlarla nəvəm arasında 5, ən uzağı 10 metr məsafə olub. Lakin hamısı bir ağızdan deyir ki, heç nə görməmişik, heç nə bilmirik.

Üstündə cızıq, zədə yox idi. Ağla gələn o idi ki, uşağı boğub, sonra kolluğa bağlayıblar.

İndi hüquq-mühafizə orqanları araşdırma aparır. Dediklərinə görə, bu günlərdə ekspertiza rəyi Bakıdan rayona göndərilib. Hələ ki, bilinmir, nəvəmin qatili kimdir, 13 yaşlı balamı niyə boğaraq öldürüblər?

G. Almasova qəzet çapa gedən ərəfədə bizə zəng edərək bildirdi ki, o, polis şöbəsində olub. Şöbədə öna bildiriblər ki, ekspertizanın rəyi gəlib. Uşağın doqrudan da boğularaq öldüyü təsdiqini tapıb. Lakin hələ dəqiqləşməyib ki, onu boğublar, ya özü-özünü boğub.

 

Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter