“Cənub bölgəsinin ən böyük problemlərindən biri yol infrastrukturudur”.


“Cənub bölgəsinin ən böyük problemlərindən biri yol infrastrukturudur”.“Cənub bölgəsinin ən böyük problemlərindən biri yol infrastrukturudur”.

Cenubxeberleri.com saytının müsahibi tanınmış müstəqil iqtisadçı Natiq Cəfərlidir.


Natiq Cəfərli:- Bu günə qədər Regionların İnkişafına dair 3 proqram qəbul edilib, təxminən, 2,2 mlrd. manata yaxın bu layihələr çərçivəsində büdcə vəsaiti ayrılıb. Təəssüf ki, bu vəsait ölkənin regionları arasında ədalətli bölünməyib, Cənub bölgəsi bu vəsaitdən ən az pay alan bölgələrdən biridir.

Öncə Natiq Cəfərli ilə bağlı qısa məlumatı sizə təqdim edirik.

Natiq Cəfərli 1972-ci il fevral ayının 22-də Bakıda andan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirdikdən sonra, könüllü olaraq orduya gedib və 1996-cı ildə orduda xidmətini başa vurub. 1996-2005-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. 2005-ci ildən bu günədək müxtəlif KİV-lərdə 200-ə yaxın məqaləsi dərc olunub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəznində Siyasi Biliklər məktəbini, 2009-cu ildə isə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib. 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisidir.

-Cənub bölgəsi iqtisadi göstəricilərinə görə nələrdə uduzur?

- Ümumiyyətlə, Azərbaycanın bölgələrinin iqtisadi aktivliyi, gücü, büdcənin və ÜDM-in formalaşmasında rolu çox aşağıdır. Bütün bölgələrdə, aşağı-yuxarı, eyni problemlər var. Lakin Cənub bölgəsinin iqtisadi potensialı daha çoxdur. Həm kənd təsərrüfatında, həm logistikada (Logistika – məhsulun, əmtəənin, servisin, müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir), həm aqrar-sənaye sektorunun yaradılmasında Cənub bölgəsinin ciddi üstünlükləri var, sadəcə, təəssüf ki, bu üstünlüklərdən istifadə edilmir. Hətta SSRİ dönəmində Cənub bölgəsi Moskva və digər böyük şəhərlərin əsas təhcizadçılarından biri idi, və o dönəmdə Cənub bölgəsinin ixracat həcmi, indiki dövrdən 3-4 dəfə artıq idi.


-Bu ildən, əksər cənub rayonları subsidiya almayan rayonlar sırasına keçib. Bu addım bölgəyə hansı uğur və uğursuzluq gətirdi?

- Büdcədən subsidiyaların alınmasının əsas səbəbi odur ki, hələ də yerli özünüidarəetmə institutları formalaşmayıb, yerli və mərkəzi büdcəyə vergi bölgüsü həyata keçirilməyib. İdarəetmə və vergilərlə bağlı, səlahiyyətlərin bölgüsü ilə bağlı məsələlər həll edilmədən subsidiyaların kəsilməsi bəzi fəsadlara səbəb ola bilər. Yerli büdcələrin zəif və az olması vətəndaşlara göstərilən xidmətlərin kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərəcək. Amma, regionlarımız da özləri pul qazanmağı öyrənməli, investisiya cəlb etməyə çalışmalıdırlar. Subsidiyalardan yaxın gələcəkdə tam imtina etmək mümkün deyil, hələ illərlə regionlarımız birbaşa və dolayısı subsidiyalar alacaqlar.


-6 cənub rayonun illik büdcəsini təhlil edən də, digər bölgələrlə müqayisə edəndə hansı mənfilər və müsbətlər görünür?

-Hər bir rayonun büdcəsinin formalaşması birbaşa mərkəzdən asılıdır, mərkəzdə verilən qərarlara, infrastruktur layihələrinə görə vəsaitlərin ayrılması baş verir. Cənub bölgəsinin ən böyük problemlərindən biri yol infrastrukturudur. Təəssüf ki, hələ Bakıdan və ölkənin digər bölgələrindən Cənub zonasına qədər magistral yollar yaxşı vəziyyətdə deyil. Sürətli və keyfiyyətli yolların olması çox vacibdir, bu mal və xidmətlərin dövriyyəsini artırır, əlavə turist cəlbetmə potensialı yaradır. Bu mənada magistral yolların çəkilməsi və təmiri sürətləndirilməli, bu problem nəhayət ki, həll edilməlidir. Yaxın gələcəkdə “Şimal-Cənub” dəmir yolu və avtomobil yolunun intensivləşməsi, mal dövriyyəsinin artması gözlənilir. Cənub bölgəsi də bu artımdan pay almalı, yeni iş yerlərinin yaradılması üçün imkanlar artmalıdır. Ümumilikdə region və rayonlara ayrılan vəsait çox deyil, Bakı və Abşeron büdcənin tamamına yaxınını, 90%-dən yuxarısını, obrazlı desək, “yeyir”. Amma etiraf etmək lazımdır ki, ÜDM-in formalşmasında da Bakı və Abşeron həlledici rol oynayır, ÜDM-in 93%-i burada formalaşır. Belə disbalans ölkə iqtidadiyyatı üçün heç də yaxşı hal deyil.

-Azərbaycanın turist bölgələri sırasında ən zəifi cənub bölgəsi hesab edilir? Səbəb nədir?

- Cənub bölgəsinin ciddi turizm potensialı var, dəniz, meşələr, dağlıq bölgələr turizmin inkişafı üçün təbii şərait var. Amma həm yol infrastrukturunun zəif inkişaf etməsi, həm dövlət dəstəyi ilə turizm layihələrinin bəlli bölgələrdə həyata keçirməsi, Cənub bölgəsinə mənfi təsir edib. Rəqabətli mühitin, xarici və yerli investisiyalar üçün münbit şəraitin olmamağı da turizm potensialının reallaşmasına mənfi təsir göstərir. Ümumiyyətlə, bu sahədə ölkə üzrə, obrazlı desək, “məmur biznesi” dominantlıq edir, bu da rəqabətli mühitin yaranmasına və turizmin inkişafına mənfi təsir göstərir. Halbuki, Cənub bölgəsi tək elə İrandan ildə yüzminlərlə turist qəbul etməyə qadirdi ki, bu da minlərlə yeni iş yerlərinin yaranmasına səbəb ola bilər. Bunun üçün İranla viza rejiminin aradan qaldırılmasına da ehtiyac var, bu turist axınını xeyli gücləndirər.

- Bu günə qədər Regionların İnkişafına dair 3 proqram qəbul edilib, təxminən, 2,2 mlrd. manata yaxın bu layihələr çərçivəsində büdcə vəsaiti ayrılıb. Təəssüf ki, bu vəsait ölkənin regionları arasında ədalətli bölünməyib, Cənub bölgəsi bu vəsaitdən ən az pay alan bölgələrdən biridir.

- Ümumiyyətlə, dövlət iqtisadi proseslərdə, son qərarvermədə birbaşa iştirak etməməlidir. Dövlət əlində olan alətlərlə, təşviq mexanizmləri ilə müxtəlif sahələrə dəstək olmalıdır. Hansı rayonda, hansı kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi mərkəzləşdirilmiş qaydada qərarlaşdırıla bilməz. Yerli xüsusiyyətlər, torpağın və əhalinin özəlliyi nəzərə alınmalıdır. Cənub bölgəsinin əhalisi yüzillərlə qazandığı təcrübəyə, torpağın “xasiyyətini” Mərkəzdə qərarverənlərdən daha yaxşı bildiklərinə görə hansı məhsulların becərilməsində də son söz sahibi olmalıdırlar. Aqrar sektorda emal müəssisələrinin yaradılması çox vacibdir, emal olunmuş, yarıfabrikat şəklinə salınan kənd təsərrüfatı məhsullarının yaratdığı əlavə dəyər, xammal şəklində satılan məhsuldan, azı, 2-3 dəfə daha rentabelli və sərfəli olur. Ona görə də dövlət əsasən emal müəssisələrinin yaradılmasına institusional və texniki dəstək verməlidir.

- Bəziləri elə hesab edir ki, Lənkəran istisna olmaqla digər cənub rayonlarında kolleclərdə, musiqi məktəblərində, hətta uşaq bağçalarında təhsil alanların sayı digər bölgələrlə müqayisədə, hər min nəfər müqayisəsi ilə çox aşağıdır. Məsələn, əhalisi Masallıdan bir neçə dəfə az olan rayonlarda kolleclərin, uşaq bağçalarının sayı daha çoxdur. Doğrudanmı, bizdə rayonlar arasında belə ayrı-seçkilik var?

Mən ayrı-seçkilik olduğunu deməzdim, ümumiyyətlə, təhsillə bağlı ölkədə qlobal problemlər var. Təhsil inkişaf etməsə, insanların təhsilə marağı artmasa, elm güclənməsə iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil. Cənub bölgəsində də əhalinin maraqlarına uyğun texniki peşə və mədəni məktəblərin daha geniş yayılmasına, yeniyetmələrin daha çox təhsilə cəlb edilməsinə ehtiyac var. Cənub bölgəsində xanımların, qız uşaqlarının məktəbə, təhsilə çıxış problemi də var, bu məsələ də həll edilməli, təhsil daha ucuz, əlçatan və keyfiyyətli olmalıdır. Dövlət, bağça yaşından 11-ci sinfə qədər əlçatan və keyfiyyətli təhsil verməyə, sadəcə, borcludur. Cənub bölgəsində yaşayan insanların maraqları da mütləq nəzərə alınmalıdır. Ümumiyyətlə, dövlət, iqtisadi proseslərdə, son qərarvermədə birbaşa iştirak etməməlidir.
Hazırladı: Abdul
R4suloffR4suloff

OXUNMA SAYI :979

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff