Masallı polisləri Lənkəranda qəzaya uğrayıb

Masallı polisləri Lənkəranda qəzaya uğrayıb
Avqustun 2-si, axşam Masallı polislərinin əyləşdiyi “Mercedes” markalı avtomaşının dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb.


Hadisə Lənkəran rayonunun Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Lənkəranda baş verən yol qəzasında xəsarət alanlardan 4-ün kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu, Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir.
Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir
Rəy yaz
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter