Hacı Sədi: Vəhhabiliyin islama dəxli yoxdur!||--||


Hacı Sədi: Vəhhabiliyin islama dəxli yoxdur!||--||



Hacı Sədi Haqqında qısa məlumat

Sual. Son vaxtlarda ölkəmizdə vəhhabiliklə bağlı söhbətlər çox intensiv xarakter alıb. Bu barədə ölkə miqyasında olduqca ilginc məlumatlar dolaşır.

Bu günki söhbətimizi də elə bu mövzu üzərində qurmaq istərdik.

-Məlum olduğu kimi cənub bölgəsi din məsələsində çox həssas nöqtədir. Bi�zim bölgədə islam daha dərin köklərlə bağlıdır, burada inanclı, imanl adamaların sayı həmişə çox olub və yəqin ki yenə də çox olacaqdır. Bu insanlar İslam dinini çox gözəl bilirlər, onları yad düşüncələrlə çaşdırmaq çox çətindir. Onlar vəhhabiliyin tarixini də, əsl mahiyyətini də dəqiq başa düşürlər. Buna görə vəhhabilik bölgəmizdə çox hiddətlə qarşılanır. Burada onlar üçün münbit şərait yoxdur. Öncə onu deyim ki, vəhhabiliyin islama heç bir dəxli yoxdur və bu meyl islamda qəbul edilmir. İslamdan kənar olduğu üçün Vəhhabilikdə qondarma ehkamlar, əsası olmayan ayinlər və küfr iddialar çoxdur. Xalq artıq vəhhabi kəlməsindən də iyrənir. Buna görə vəhhabililər çox vaxt qorxularından vəhhabi olduqlarını boyunlarına almır, xəlvəti fəaliyyət göstərirlər. Onlar əhli-sünnənin hənəfi və hənbəli qolundan faydalanmağa çalışırlar. Dini savadı az olan bəzi gəncləri əvvəlcə sünnü məzhəbinin hənəfi və ya hənbəli təriqətinə cəlb edir, oradan isə sələfiliyə və ya həvaricliyə keçirdirlər. Vəhabilik özü də 3 his�səyə bölünür: sələfilik, həvariclik və təqfirçilik. Hənbəli qoluna cəlb olunanlar özlə�rindən başqa hamını inkar etdiklərinə görə radikalizmə daha çox meyl�lidirlər.

- Bəlkə bir az da vəhhabiliyin tarixinə nəzər salaq

- Vəhhaizim sözünün sonunda göründüyü kimi bir �izm� var. Hansı sözdə �izm� varsa, əksər hallarda onun xətası, bəlası çıxır. Vaxtı ilə İbn Teymiyyə adlı birisi özünü cəmiyyətə təsdiq etdirmək üçün İbn Hənbəlin təriqətini daha da genişləndirməyə çalışdı. Lakin onun küfr iddiaları ali ruhaniyyət tərəfindən qəbul edilmədi və ömrü həbsxanalarda çürüdü. Çox-çox sonralar isə Nəicc vilayətində yaşamış Məhəmməd İbn Əbdül Vəhhab adlı bir avantürist də onun ideyalarına aludə oldu. Bu cür yad ideyalar əslində Qərbi Avropanın istəklərinə və İslamın parçalanmasına xidmət edirdi. Yoxsa İslam artıq Avro�pa�ya daxil olmuşdu və çox keçməyəcəkdi ki, bütünlüklə Avropanı xilas edəcəkdi. Onlar mister Hemfer adlı bir xəfiyyəni İslam Şərqinə göndərdilər və ona burada İslamı parçalaya biləcək dini cərəyan yaratmağı tapşırdılar. Məhəmməd İbn Əb�dül Vəhhab onun axtardığı adam oldu. Əbdül Vəhhaba İngiltərə hökuməti tərə�fin�dən maliyyə və silah yardımları edildi, onun bu küfr ideologiyasının haki�miyyətə gəlməsindən ötrü hər cür digər yardımlar da edildi. Məqsəd də İs�lamı elə öz içindən, dağıt�maq və ya öz əlində saxlamaq idi. Onlar müxtəlif dona girərək özlərini sevdir�məyə İslamın həm şiə, həm də sünni məzhəbini aşağılamağa çalışırdılar. İslamın bir terrorizm dini kimi təbliğ olunmasında və beləcə avropalını qorxutmaqda, İslamdan çəkindirməkdə bu adamlar çox böyük günahlar törət�dilər. Yoxsa in�diyə İslam bütün dünya tərəfindən əsas, yeganə və ən mükəmməl din kimi ha�mılıqla qəbul olunardı. Sizə deyim, dünyada haqq-ədalətin qələbəsi, insanların həqiqi azadlığı qovuşması, bolluq və firavanlıq içərisində yaşaya bil�məsi üçün İslam yeganə doğru yoldur. Dünya ağalığı iddiasında olan qüvvələrə İs�lam mane olur axı. Vəhabilik bu yolda onların ən iti silahı sayılır.

-Onlar bu niyyətlərini reallaşdırmaq üçün hansı formalardan, detallardan istifadə edirlər?

- Çalışırlar ki, İslam tarixində, əxlaqında, müqəddəs şəxslərində və mənəvi dəyər�lərimizdə çatışmazlıqlar, boşluqlar tapsınlar, sonra da bunun əleyhinə danışa bilsinlər. Əslində guya tapmış olduqları mövzular onların iman�sızlıq ucbatından düzgün anlaya bilmədiyi mövzulardır. Bir sadə misal çə�kim. Məsələn, ağlamaq insnın gövrək, duyğusal hislərindən biridir. Əzizimiz, doğ�ma�maız dünyasını dəyişəndə, yaxud faciəli, dəhşətli şəkildə həyata əlvida deyəndə içimiz qəhərlə dolur, istər-istəməz kövrəlirik, gözlərimizdə yaş axır,.. Məgər Qarabağ şəhidlərinin, xüsusən də Xocalı camaatının başına gətirilmiş vəh�şiliklərə laqeyid qala bilərikmi? Mərhum Milli Qəhrəman Çingiz Musta�fayevin çək�diyi kadrlara göz yaşları olmadan baxmaq olarmı? Bəzən acizliyimizdən, məz�lumluğumuzdan ancaq gücümüz göz yaşlarına çatır. Lakin vəhhabilıər deyir ki, ağlamaq olmaz, insanın ağlaması günahdır. Bu cür iddiaya haqq qazandırmaq olar�mı? Hər birimizin həyatında ata-ana, cavan qardaş-bacı itkisi olur. Bəzən elə bir qəzada ailənin 3-4 üzvü faciəli şəkildə həlak olur, insanın içi yanır Belə hal�lar�da yeganə təsəllimiz göz yaşlarıdır. Amma bunlar deyir ki, göz yaşı gü�nah�dır. Peyğəmbərin əzizi 13 yaşlı İbrahim dünyasını dəyişən zaman balasını bas�dıranda o da ağladı. Ondan soruşdular ki, ey əziz insan, bəs deyirdin aqla�maq olmaz, indi sən özün niyə ağladın? Dedi ki, bu mənim bədənimin, varlığımın bir parçası idi, bu ağrıya mən necə dözə bilərəm? Pey�ğəmbər səhv və ya yalan danışa bilməz. Onun dedikləri Allahın iradəsi ilə olub. Həm də axı əzizini itirdiyinə görə ağlamığın kimə nə ziyanı var? Bu göz yaşları mənim ruhumu sakitləşdirirsə, qəlbimə rahatlıq gətirirsə, bunun kimə nə ziyanı var ki? Lakin vəhabilikdə bu, haram kimi qələmə verilir. Bu yaxınlarda bir siyasi şəxsin yaxını rəhmətə getmişdi. Deyirdi ki, oxunan bu Quranın ölənə heç bir xeyri yoxdur, onu bu məclisdə oxuyanlar Allaha cavab verəcəklər. Allahın göndərdiyi kitabı tilavat etməkdən yaxşı nə ola bilər ki? İnsanın ölən bədənidir, ruhu ölmür ki! İlahi dərgahında olan ruhu şad etmək üçün onun savabına, onun adına Allah kəlamı olan Quran oxumaqdan daha yaxşı heç nə ola bilməz.

-Vəhhabilər daha nəyə etiraz edir?

- Vəhhabilər insanların tapındığı bütün İslami dəyər və ayinləri, xüsusən də ibadətgahların ziyarət olunmasını qəbul etmirlər. Fikirlərini də belə əsaslan�dı�rır�lar ki, ölüdən nə isə istəmək günahdır. İlk baxışda maraqlı səslənir. Lakin heç kim ölüdən. qəbirdən heç nə diləmir. Allaha müraciətin iki forması var-vasitəli və vasitəsiz. Vasitəsiz odur ki, insan birbaşa Allaha üz tutub ondan dərdlərinə, arzu�la�rına əlac istəyir. Bir də var ki, insan Allahın sevimlilərinin, seçilmiş�lə�ri�nin ni�şanı olan şəhidlərin, imamların, onun övladlarının, peyğəmbərin qəbrinə sı�ğınıb onların vasitəsi ilə Allahdan dualarının müstəcəb olmasını diləyir. Bu sa�hədə hikmət olmasa idi, hökumətimiz Mir Möhsüm Ağanın məqbərəsini qızıldan hördürməzdi. İndi biz vəhhabilərin dediyinə inanaıb ziyarət gühandır deyə Kəbləlanın, Məşhəddin. Məkkənin yolların bağlayaq, müqəddəs ziyarət�gah�la�rımıza qıfıl vuraq, milyonlarla insanın inamına zərbə endirək? Axı niyə? İstər sünni, istə şiə olsun- insanlar Qurana tapınır, xüsusən cümə günləri məs�cid�ləri�mizdə Quran ayələrini dinləməyə minlərlə insan gəlir. Bu sahədə mollaların rolu hədsiz böyükdür. Hələ sovet dövründə, min cür qadağaların, ölümlərin, itkilərin olduğu bir vaxtda mollalar Quranı təbliğ edib, minlərlə insan orucundan-namazından qalmayıb. Onu da qeyd edim ki, Molla çox yüksək və�zi�fədir, çox uca addır. Molla həm elm, həm mənəviyyat cəhətdən dolu, eləcə də saf, yüksək mənəviyyatlı insan olmalıdır. Molla deyəndə Şeyx Niazmini, Fizu�lini, Molla Vidadini, Molla Pənah Vaqifi, Seyid Əzim Şirvani kimi insanları xəyalınıza gətirin. İndi mollalar tez-tez Qafqaz müsəlmanların İdarəsinin təşkil etdiyi attestasiyalardan keçir, bu ada layiq olmayanlar dini məclislərdən, məs�cidlərdən kənarlaşdırılır. Əlbəttə bizə badalaq gəlmək istəyənlər də var. Adını çəkmək istəmədiyim bir jirnalist bütün Qafqazın Şeyxini debata çağırır. Axı hansı səlahiyyətlə? Adam gərək öz ölçüsünü, yerini, dərəcəsini bilə. Gəlsin, mən şeyxin nümayəndəsi kimi onunla debata çıxıram. Biz həmin şəxsə rəsmi şəkildə cavab verdik. Sərsəm fikirlərinə konkret nümunələrlə cavab yazıb bildirdik ki, əgər ölüyə rəhmət yoxdursa, demək lənət də yoxdur..Bütün bu söhbətlərdə ol�duq�ca incə məqamlar var. Alahdan istəklərin, Allaha duaların müxtəlif yolları var-namaz, oruc, cihad. Lakin tək namazla, tək zəkatla, tək orucla, tək cihadla cənnətə getmək olamaz. Bunlar əsas şərtlərdən olsa da, Allah nəzərində cənnətə yolun bir açarı da əsil insan�lıqdır. Heç bir heyvanın behiştdə yeri yoxdur. Bu yol əsil insanlıq nümunəsi göstərən şəxslərə məxsusdur. Vəhabilərin hədəfi həm süni, hən şiə məzhəbindən olan insanlardır. Onların qondarma, sərsəm ideyalarla insanları çaşdırmaq istəyirlər. Məzhəbsiz din yoxdur. Lakin bütün bunlar radikalizmə yox, dini daha mü�kəm�məl anlamağa, qəbul etməyə, insanlığa, xeyir�xahlığa xidmət etməlidir. Vəh�ha�bilər başa düşür ki, cənub bölgəsində islamı dəyərlər olduqca güclüdür və onların oyunları burada keçməz. Maddi durumu zəif olan adamı hər tərəfə əymək olur. Vəhhabilər də bəzi adamların kasıbçılığından istifadə edərək onları öz tərəf�lərinə çəkmək istəyirlər. Müstəqil düşüncəli insan heç vaxt onlar ilə iş birliyinə getməz. Onların əksəriyyəti bunu anlamasa da, havadarlarının, arxa�la�rın�da duran qərbi avropa ideoloqlarının məqsədi islamı içindən dağıtmaq, sa�bit�liyi pozmaq, dini dəyərlərimiz gözdən salmaqdır. Amma insanın ağlı var, gözü var. Suriyada şiə uşağının başını kəsib bununla futboil oynayanla, müqəddəs Kərbəla ziyarətindən gələnlərə qəddarcasına hücum edənlərlə bizim hansı birliyimiz ola bilər? Biz onları necə müsəlman hesab edə bilərik?

- Hacı, Siz deyirssiniz ki, onlar maddi durumu zəif olanları öz tərəfinə çəkir, bayramlarda onlara bağlamalar verirlər. Ancaq son vaxtlar Masal�lı�dan olub vəhabilərə qoşulanların maddi durumu elə də zəif olmayıb. Yəni onların böyük pula gedən geniş torpaq sahələri, mülkləri, yüksək əmək haqları olub. Bəs onlar niyə vəhabilərə qoşuldular?

-Cavan uşağın qəlbi xam, münbit torpağa bənzəyir. O hansı təbliğata tuş gəlirsə, ona da uyur. Elə orta yaşlılar da var ki, onların yaşı artıb, amma zəka etibarı ilə yenə də uşaq olaraq qalıblar. Elə adamlar da var ki, sərvəti çox olsa da, imanı yoxdur və elələrinin öz ailəsinə, öz Vətəninə, öz dədə-baba dininə xəyanət etməsi çox asandır. Vəhhabilər elə adamları müəyyən edən kimi, onu öz tərəflərinə çəkə bilirlər. Əslində onlara heç tərəf demək də doğru olmazdı, sadəcə, azmaq potensialı olan adamlara yolundan azdırmaqda kömək etmiş olurlar. Təəssüf ki, bizdə bəzi gənclər nə ailədə, nə məktəbdə bitkin təhsil almır, əqidə�ləri arzu olunan formada bitkinləşmir, nəticədə yaşından asılı olmadan onlar belələrinin toruna daha tez düşürlər.

- Bu da sirr deyil ki, vəhhabilərin məscidlərinə daha çox adam toplaşır, bizim məscidlərə isə bəzən arzu olunan qədər adam yığılmır.

- Bu cür yanaşma ilə razılaşmazdım. Bizim cümə xütbələrinə də minlərlə insan gəlir. Lakin yuxarıda qeyd etdiyim kimi bəziləri maddi yardımlara, bə�zi�ləri yalançı sosial vədlərə uyub, bəziləri də maraq və ya sərgüzəşt naminə vəh�habilər toplaşan məscidlərə gedirlər. Amma başa düşülməlidir ki, məscid sosial problemlərin çö�zül�dü�yü yer deyil. Həm də bizim əsil möminlər onlar�ca məs�çidə gedir, hər kənddə, az qala hər məhəllədə olan məsçidlərdə ibadət edir və be�lə�liklə də çox yerə yönə�lir�lər. Vəhhabilərin isə hər rayonda bir və ya iki məsçidi ola bilər. Qüvvələri çox yerə bölünmədiyi üçün çox gö�rü�nürlər. Həm də bizim məsçidlərə insanlar öz imanına görə, könüllü şəkildə gəlir. Onlar isə öz tərəf�dar�larını, kim üçün biznes qurublarsa məc�burən, zənglə, çox görünmək naminə və qorxudaraq top�layırlar. O vəhabinin hünəri var çağrılan vaxt məsçidə gəlməsin. Onu cəza�landırar, hər nəyini əlindən alarlar. Onları xoş�luq�la çəkir, amma sonra çıxıb getmək istəyənləri çox sərt cəzalarla qorxudurlar. Bu bir bəla kimidir. Yoluxanları buraxmır. Bir yerə gur halında toplanmaları üçün bu da bir şərtdir.

- Bu sahədə daha normal vəziyyət yaratmaq üçün bəs nədən başlamaq lazımdır?

- Təəssüf ki, son vaxtlar əlac deyil, günahkar axtarılır. Çoxu ruhaniləri, bir qismi müəllimləri, məktəbi, o birisi valideynləri günahlandırır. Əslində bu məsələlərdə bizim birliyimiz işə daha çox fayda verər. Hamımız bilgilərimizi, sa�va�dımızı, elmi səviyyəmizi, xüsusən də dünyada baş verən hadisələr barədə günbəgün artırmalıyıq. Mən, məsələn hər gün internetde bir neçə saat işləyir, yeniliklərlə tanış olur, sosial şəbəkədəki həmkarlarımla fükir mübadiləsi aparıram. Bu işdə heç kim yaxasını kənara çəkməməlidir. 15 yaşaında ana olan�lar o uşağa hansı təbiyə verəcək? Saxta diplomla müəllim olanlar var-onun verdiyi bilik nə olacaq? Siz jurnalistlrdən də çox şey gözləyirik. Din xadimləri ilə tez-tez müsahibə alın. Qeyri hökumət təşkilatları bu mövzuda diskusiyalar təşkil etsin. Bütün tərəflərin fikirlıri öyrənilsin. Cəmiyyətin mənafeyi əsas götürülməli olan məqamlarda hamımızın hədəfi bir olmalıdr. Vəhabizmin qarşısı qətiyyətlə alınmalı, maariflənməyə diqqət artırılmalı, islamı dəyərlər yüksək səviyyədə təbliğ olunmalıdır. Heç kəs özünü kənara çəkməməlidir. Çünki vəhabi virusunun qarşısı alınmazsa, o gəlib hər kəsin ailəsinə soxula, övladını yolux�dura bilər. Daha çox da gəncləri qorumaq lazımdır. Vəhhabizmin əsas hədəfi məhz gənclikdir.  

R4suloffR4suloff

OXUNMA SAYI :537

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff