Keçmiş gömrük işçisinin evi yanıb


Və cənubdakı digər olaylar


Keçmiş gömrük işçisinin evi yanıbMasallının Köhnə Alvadı kəndində keçmiş gömrük işçisi Ədalət Cəbrayılov a məxsus iki mərtəbəli evdə yanğın olub və evin əsas hissələri əşyaları ilə birlikdə yanıb .
(şəkil şərtidir)

Yanğının qısa qapanmadan baş verdiyi bildirilir.
Yanğının səbəbləri araşdırılır.

Keçmiş gömrük işçisinin evi yanıb
Masallının Ərkivan qəsəbəsindəki Göllü məhəlləsində Maşın ustası Hacı Aydın Seyfullayev in isə tövləsində yanğın baş verib. Yüzlərlə ot topası (ot presi) yanıb
.


Həmçinin bir neçə mal-qaranın yandığı bildirilir.
Yanğının qarşısı vaxtında alınıb və onun yaxın evlərə yayılmasına imkan verilməyib.


Keçmiş gömrük işçisinin evi yanıb

Cəlilabad rayonu, Zəhmətabad kəndində isə sərhəd zolağında 7 hektar və kənd bələdiyyəsinə məxsus ərazidə 13 ha (ümumi 20 ha) biçilmiş taxıl sahəsi yanıb.




Keçmiş gömrük işçisinin evi yanıbAstarada isə yoldan çıxan avtomobil ağaca çırpılıb. Qəza zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə Ələt-Astara yolunun Maşğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astaranın Təngərüd kənd sakini 21-yaşlı
Kənan Ağayev in idarə etdiyi "VAZ-2106" markalı, avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Əvvəlcə avtomaşın hasara, sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobildəki sərnişin, Təngərüd kənd sakini 23-yaşlı Xəzan Səmədov ağır xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Keçmiş gömrük işçisinin evi yanıbMətbuatdan bəlli olduğu kimi bir neçə gün öncə Astaradakı istirahət mərkəzlərinin birinin restoranında meyit aşkarlanmışdı.

Lakin meyitin şəxsiyyəti dəqiqləşməmişdi.

Bu gün məlum olub ki, həmin şəxs Astara sakini 1966-cı il təvəllüdlü
Mirzəxan Həsənov dur.

R4suloffR4suloff

OXUNMA SAYI :251

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff