Cırılmış pulları harada dəyişmək olar?


Cırılmış pulları harada dəyişmək olar?

Cırılmış və ya müxtəlif səbəblərdən yararsız hala düşmüş pulları banklar niyə dəyişmir.


Facebook səhifəsində siçan tərəfindən yeyilən 100 manatlıq əskinasların fotosunu paylaşan Mətləb Xankişiyev qonşusunun eyni problemlə üzləşdiyini qeyd edib.

Bildirir ki, siçan 800 manata yaxın pulun müəyyən hissəsini yeyib. Banklar isə həmin pulu dəyişmir.

Bəs, Bank haqqında qanunda bu barədə nə deyilir?

Hüquqşunas Əkrəm Həsənov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Banklar haqqında qanunun 40-cı maddəsində tədavülə yararlı və yararsız əskinaslarla bağlı dəqiq məlumat verilir.

"Əgər pulun 60%-dən çox hissəsi salamat, vahid qalıbsa, bankların o pulu dəyişməmək kimi öhdəliyi yoxdur. Hətta pul 4,5,6 və daha çox hissələrə parçalanıbsa və o parçaları toplayanda pul vahid şəkildə olursa, bank o pulu dəyişməlidir. Əks təqdirdə vətəndaş Mərkəzi Banka müraciət edə bilər”, - deyə Əkrəm Həsənov bildirdi.
R4suloffR4suloff

OXUNMA SAYI :585

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff