Lənkəranda dəhşətli qəza baş verib.


Lənkəranda dəhşətli qəza baş verib.Lənkəranda dəhşətli qəza baş verib.İri buynuzlu heyvanın avtomobilin qarşısına çıxması nəticəsində idarəetməni itirən sürücü əvvələc heyvanı vurub sonra digər bir avtomobillə toqquşub, nəticəsində iki nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki,Astara istiqamətində hərəkətdə olan Astara sakini,33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi “Mercedes” avtomaşınla,Ələt isdiqamətində hərəkətdə olan Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi “VAZ 2107”markalı avtomaşın toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində ölüb.Xəsarət alanlar,Astara sakini “Mercedes”-in sürücüsü 33 yaşlı Rüstəm Süleymanov,sərnişinləri ,Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova ,33 yaşlı İradə Mikayılova və “VAZ”-ın sərnişinləri Elməddin Əlizadə və Facir Mahir oğludur.Onlar dərhal Təcili tibbi yardım avtomaşını ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.Onlardan üçü travma şöbəsinə yerləşdirilib,ikisi isə dərhal əməliyyata götürülüb.Onlardan biri Facir Mahir oğlunun vəziyyəti ağır olaraq qalır.Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan “VAZ”-ın sürücüsünün meyti

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.Baş verən hadisənin bəzi təfərrüatlarıda məlum olub. İlkin məlumata görə, iribuynuzlu heyvanın yola qəfil çıxması səbəbindən sürücülərdən biri onu vurub və idarə etməni itirərək digər avtomaşına çırpılıb.

Faktla bağlı araşdırma aparılır.
R4suloffR4suloff

OXUNMA SAYI :565

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff