Bu dəfə avtoqəza Lerikdə iki nəfərin ölümünə səbəb oldu


Onlardan biri Xabarovski vətəndaşı olan qadındır

Əvvəlki yazılarda xəbər verdiyimiz kimi cənub bölgəsində həftə ərzində - Lənkəran və Masallıda 2 dəhşətli yol qəzası baş vermiş, 2 qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanmışdı. 19 avqustda, bu gün isə Lerik rayonundakı qəzada 2 nəfər ölüb, 2 nəfərə yaralanmışdır. Ümumilikdə həftə ərzində cənub bölgəsində avtoqəzalarda ölənlərin sayı 6-ya çatmışdır.

Hadisə Lənkəran-Lerik yolunun 24-cü km-də baş verib. "Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovski şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır. 2 nəfər yaralı isə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılıb.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 270

Təcili satılır!

  • 04:07
  • 1 842
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter