Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğının müəmmaları


Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğının müəmmalarıYanğın zamanı ölümdən qurtulan oğul deyir ki, atam anamı və bacımı bıçaqlayıb evi yandırdı, ekspertiza isə bildirir ki, ölən şəxslərdən ana və qızın yox, əksinə, atanın bədənində bıçaq yarası var.

Ailənin sağ qalan oğlu saxlanılıb.


Lerik rayonunun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadə nin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynov un polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.

Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.

Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.


Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.
(APA)R4suloffR4suloff

OXUNMA SAYI :508

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az