Ərkivanda növbəti xeyriyyə aksiyası


Ərkivanda növbəti xeyriyyə aksiyası

Pulsuz paltar, məktəbli çantası, qurban əti və kimsəsizə ev vədi

“Guvən” Xeyriyyə Cəmiyyətiniin rəhbəri kimi tanıdığımız Nigar xanım bu dəfə Masallıya Uşaqlar Birliyinin təmsilçisi kimi gəlmişdi. Ərkivan qəsəbəsindəki Ağsaqqallar Evində keçirilən aksiyada Ərkivanlı yanaşı qonşu kəndlərdən gəlmiş imkansızlar

da pulsuz paltar, kasıb uşaqlara məktəbli çantası və ləvazimatı, bir neçə kasıb ailəyə Qurban payı verilmişdir.


Xatırladaq ki, Nigar xanım Ərkivandakı təmsilçisi Fidan Abbas lı ilə birgə bundan əvvəl də bu qəsəbədə xeyriyyə aksiyası keçirmiş, uşaq bağçasının bir otağını təmir etdirmiş, bir imkansıza ev tikdirmiş, 2 şikəstə əlil arabası verdirmiş və s. işlər görmüşdür.

Bu dəfə ki tədbirə Masallı Rayon İcra hakimiyyəti də təşkilatı dəstək vermişdir.

Nigar Bayram lı bildirib ki, Masallıdakı ASAN Xidmətin könüllüləri də bu işlərdə bizə yardımçı olurlar. Bu tədbir ardıcıl olaraq il ərzində davam edəcək. O vəd etmişdir ki, Ərkivanda daha bir imkansız ev tikdirəcək, Uşaq Bağçasının daha bir otağını təmir etdirəcək, ondan artıq ailəyə ərzaq və geyim yardımı edəcək.

Bütün xeyirxahlara təşəkkür edən xeyriyyəçilər imkanlı adamlardan daha böyük dəstək gözlədiklərini bildiriblər.

Fidan Abbaslı

R4suloffR4suloff

OXUNMA SAYI :655

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff