Belə yaxşı yollar da var imiş (VİDEO)


“Sağ əli” bərbad yollarda ömür-gün çürüdənlərin başına


Belə yaxşı yollar da var imiş (VİDEO)


Xaraba yollardan çox yazmışıq.
Hələ nə qədər də yada salmadığımız xaraba yolla var.
Amma, Azərbaycanın videoda gördüyünüz kimi yolları da var imiş.


Zəruri qeyd: (Biləsuvar-Bəhrəmtəpə, Biləsuvar-Şorsulu, eləcə də Şirvan- Salyan istiqamətindəki yollardan keçənlərin baxması məsləhət deyil)



“Azəravtoyol” ASC avqustun 20-də istifadəyə verilən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun videosunu yayıb.

Avtosfer.az xəbər verir ki, bu yolun tikintisinə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən başlanılıb.

Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir.

Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib.


Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır.

Hərəkət hissəsinin eni 7 metrdir. Layihə çərçivəsində 482,2 min kubmetr torpaq işləri görülüb, yol əsasının və çiyinlərin tikintisinə 112 min kubmetr çınqıl, qum-qırmadaş qarışığı və 55 min ton asfalt-beton qarışığı sərf edilib.

İnşaat işləri zamanı müxtəlif diametrli 30 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.


Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.



Emin


R4suloffR4suloff

OXUNMA SAYI :682

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az