Vasif Talıbovun maraqlı sərəncamı:


Vasif Talıbovun maraqlı sərəncamı:Hər bir naxçıvanlı mütləq

aşağıdakı kitabları

oxumalıdır.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov maraqlı sərəncam imzalayıb.

O, Naxçıvanda oxunması zəruri olan kitabların siyahısını müəyyənləşdirib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşünün formalaşdırılmasına xidmət edən, “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib.

Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.


Həmin kitabların siyahısını təqdim etməzdən öncə xatırladım ki, Vasif Talıbov bundan əvvəllər də bir sıra qəribə sərəncamlar vermişdir.

Onların əksəriyyəti birmənalı qarşılanmasa da, açığı təqdir olunası sərəncamlar da var.

Məsələn, hüzr məclislərinin 3 gün, ancaq çay süfrəsi ilə verilməsi məncə çox uğurlu sərəncamdır.

Hələ də Masallı kimi yerdə, hətta ziyalıların vəsiyyətinə uyğun qəbristanlıqda qəbrin üstündə bəziləri çadır qurdurur, 3 gün molla otuzdurur.

Bu mövhumatçılığı da kiməsə başa salmaq olmur.

Belə yerdə deyirsən, haradasan ay Vasif Talıbov, bizim 10 il təbliğatla edə bilmədiyimizi o, 1 saata həll edir.


İndi kitab məsələsi də belə. Heç kimə kitab oxutdurmaq olmur..

Tam səmimi deyirəm. Vasif Talıbovun bu sərəncamını alqışlayıram.

Sadəcə kitabların sayını artırmaq və çeşidini zənginləşdirmək lazımdır.


İndi isə V. Talıbovun göstərdiyi 30 kitabın siyahısını təqdim edirik:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və

Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. “Kitabi-Dədə Qorqud” dastanı

3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

5. “Nizaminin hikmət və nəsihətləri”

6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

8. Hüseyn Cavid. “Azər”. Poema

9. Cəlil Məmmədquluzadə. “Hekayələr”

10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

11. Qurban Səid. “Əli və Nino”. Roman

12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema

13. “Təmsillər” (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu

15. Faruk Sumer. “Oğuzlar”

16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”

17. Yusif Balasaqunlu. “Qutatqu bilik”

18. Teodor Drayzer. “Dahi”. Roman

19. Cek London. “Həyat eşqi”. Hekayə

20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest

21. Nikolo Makiavelli. “Hökmdar”

22. Gi de Mopassan. “Gombul”

23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman

25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri

26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

28. “İslamda müdrik kəlamlar”

29. Sədi Şirazi. “Gülüstan”

30. Eynəli bəy Sultanov. “Məqalələr”
R4suloffR4suloff

OXUNMA SAYI :503

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff