Masallıda “600 balçılar”la görüş



600-dən artıq bal toplamış 30 masallılı gəncə qiymətli hədiyyələr,

Fəxri-Fərmanlar və kitab hədiyyələri verildi


Masallıda “600 balçılar”la görüş


Masallıda artıq ənənəyə çevrilmiş ənənələrdən biri də hər il ali məktəbə daxil olan məzunlarla rayon rəhbərliyinin görüşüdür.
Bu il də ənənəyə sadiq qalındı.
Görüş “ASAN xidmət”in açıq kafesində baş tutdu. Tədbirə 600-dən artıq bal toplayan məzunlar, eləcə də Masallı Dövlət Regional Kollecinə yüksək balla qəbul olan gənclər dəvət olunmuşdu.


Qəbul imtahanlarında 695 bal toplayan Aysun İltifatlının (Təklə ərazi vahidində yerləşən Masallı qəsəbə məktəbinin məzunu) qələbəsi tədbirdə xüsusi vurğulandı.

Masallıda “600 balçılar”la görüş


Bəlli oldu ki, Aysun xanımın bacısı da ötən il 600-dən artıq bal toplayaraq ali məktəbə daxil olub. Onun atası isə həkim kimi Qarabağ uğrunda döyüşlərdə çalışıb.

Tədbirdə adı xüsusi ilə vurğulananlardan biri də coğrafiya üzrə respublika olimpiadasının gümüş medalçısı, orta təhsilini qızıl medalla başa vurmuş Təzə Alvadı 1 saylı tam orta məktəbin məzunu Bayramlı Sərhad Möhübbət oğlu oldu.

Tədbirdə konsert proqramı da təqdim edildi. Gənc rəqqasların çıxışları yadda qalan oldu.

Görüşdə bir neçə tələbə ilə yanaşı Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov, eləcə də bu il 1-ci sinifə gedən uşaqlar da çıxış etdi.

Tələbələrlə görüşdə geniş çıxış edən Masallı Rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun uğurlarından, gözlənilən yeni tikililərdən geniş söhbət açdı.

Masallıda “600 balçılar”la görüş


O xüsusi ilə vurğuladı ki, Masallı tələbələrinin, həm də yüksək bal toplayan masallılıların sayı ilbəil artır.

Ali məktəbə daxil olanlar arasında masallılı qızların sayının nəzərə çarpacaq dərəcədə artması, 600 və 500 baldan yuxarı bal toplayanlar arasında qızların sayının yüksəlməsi xüsusi fəxrlə xatırlandı.

Yeni tələbə adını qazananlar tədbirdən əliboş qayıtmadılar - onlara qiymətli hədiyyələr, Fəxri-Fərmanlar verildi.
Masallı-Ərkivan yolunun kənarında yeni yaradılmış “Grand” Hipermarketi isə tədbirdəki bütün tələbələri kitab bağlamaları ilə mükafatlandırdı.




Aynur

(Şəkillər Rəşada məxsusdur)
R4suloffR4suloff

OXUNMA SAYI :1096

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff