Ələt-Astara yolunun kənarlarında istirahət mərkəzləri olacaq



Lap ABŞ-dakı kimi- parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri.

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. "Azəravtoyol" ASC-dən "APA-Economics" ə verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni tras üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.

İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 464

Təcili satılır!

  • 04:07
  • 1 924
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter