Astara. Heç vaxt elektrik işığı görməyən Şəvqo


Astara. Heç vaxt elektrik işığı görməyən Şəvqo
Qurban bayramında işıqlığa çıxdı

Astara rayonunun Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şəvqo kəndində 49 təsərrüfatda 250 nəfər əhali yaşayır. Kənd mürəkkəb relyefə malik dağlıq ərazidə

yerləşdiyindən mövcud olduğu tarixdə buraya elektrik xətti çəkilməmiş, əhali uzun illər bu problemlərdən əziyyət çəkmişdir. Kənd sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq rayon İcra Hakimiyyəti 2014-cü ilin yanvar ayında kənd üçün bir ədəd 63 kvalıq elektrik transformatoru almış, lakin, elektrik avadanlıqları olmadığından həmin transformator istifadəyə verilməmişdi.

Azərişıq ASC-nin yaxından köməkliyi və yerli əhalinin iştirakı ilə bu yaxınlarda kəndə elektrik xəttinin çəkilməsinə başlanılmış, qısa müddətdə elektrikləşdirilmə başa çatdırılmışdır. Kəndin elektrikləşməsində 2 min metr 10 kvalıq, 5 min metr 0,4 kvalıq özünüdaşıyan izolyasiyalı naqillərdən istifadə olunmuşdur.

Şəvqo kəndinə müqəddəs Qurban bayramı ərəfəsində elektrik enerjisinin verilməsi sakinlərin hədsiz sevincinə səbəb olmuş, kəndin böyük bir sosial probleminin həllinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev ə hədsiz minnətdarlığını bildirmişlər.
(Astarainfo.az) R4suloffR4suloff

OXUNMA SAYI :699

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az