Lənkəranda toyda kütləvi dava


Dava səbəbindən Lənkəran-Boradigah şosesində yol təqribən 25 dəqiqə bağlı olub.

Lənkəranda toyda kütləvi dava


Hadisə Lənkəranın Vilvan kəndində Şadlıq Saraylarından birində qeydə alınıb. Verəvəl kənd sakini Hamil Hüseynverdi oğlu Mirzəyev lə,həmkəndlisi, 1987-ci il təvəllüdlü Rasif Ağayar oğlu Məmmədov arasında münaqişə yaranıb. Şadlıq sarayından çıxan Hamil Mirzəyevi əlindəki şüşə butulka ilə Rasif Məmmədovun baş nahiyyəsinə ağır zərbə endirib. Bundan sonra haraya gələnlər arasında da toqquşma olub və Hamil Mirzəyevdə xəsarət alıb. Dava zamanı Rasif Məmmədovun anası da yüngül xəsarət alıb. Yaralılardan Rasif Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Artıq hadisəni törətmiş bir neçə şəxs saxlanılaraq polis şöbəsinə aparılıb. Hadisənin söyüş üstündə baş verdiyi deyilir.

Həmun gün Lənkəran şəhərinin Səttarxan küçəsində də xoşagəlməz hadisə qeydə alınıb. Belə ki, sürücüsü məlum olmayan avtomobil adıçəkilən küçədə yaşayan, 1962-ci il təvəllüdlü Sevil Balakişi qızı Qasımova nı vuraraq hadisə yerindən qaçıb. Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hər 2 faktla bağlı araşdırma aparılır.
R4suloffR4suloff

OXUNMA SAYI :568

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az