“Avrora”lılardan avtomobil qəzasında ölən və yaralanan var


Söhbət Lənkərandakı Avrora kəndinin sakinlərindən gedir

Lənkəranda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub.


“Avrora”lılardan avtomobil qəzasında ölən və yaralanan var

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ölən Lənkəran rayonu Avrora kənd sakini, “VAZ 2106”-nın sürücüsü Əliyev Qalib Fəraməz oğludur.

Yaralılar sürücünün qızı Əliyeva Rumiyyə “Mercedes” markalı avtomobilin sürücüsü, Avrora kənd sakini, Rzayev Zaur Kamal oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Lənkəranda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
R4suloffR4suloff

OXUNMA SAYI :424

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az