Torpaq sürüşdü – qədim qəbiristanlıq tapıldı

Cəlilabadda torpaq sürüşməsi nəticəsində qədim qəbiristanlıq və yeni yaşayş məskəni aşkarlanıb.



APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun Buravar kəndindəki təpəlik ərazilərdə ara sıra üzə çıxan arxeoloji nümünələr çoxdan bəri tarixçilərin diqqətini cəlb etsə də, indiyə kimi ərazidə heç bir tədqiqat işləri aparılmayıb. Kənd sakinlərin sözlərinə görə, müxtəlif vaxtlarda ərazidə adi qazıntılar zamanı qədim dövrə aid xeyli sayda maddi-mədəniyyət nümünələri tapılıb.

Son günlər əmələ gələn torpaq sürüşməsi nəticəsində isə ərazidə qədim dövrə aid xeyli sayda baş daşları və ondan bir neçə yüz metr aralıda isə çoxlu soba və kül qalıqları aşkar edilib. Bu da ərazinin qədim yaşayış məskəni olduğunu bir daha sübut edir.

Kənd sakinləri deyir ki, burada

Torpaq sürüşdü – qədim qəbiristanlıq tapıldı

Çoxlu su bardağları, şamdamlar, xəncərlər aşkarlanıb. Əvvəllər qazıntı işi aparılıb amma tədqiqat aparılmayıb. Babalarımız bu barədə söhbət edirdilər, amma indi tapıntılar üzə çıxıb. yol işləndikcə, torpaq sürüşdükcə hiss olunur ki, burda yaşayış olub.

Tarixçilərin sözlərinə görə, tapılmış nümünələr əsasən tunc
dövrü ilə səsləşir. Çünkü ərazidəki əksər əşyalar gildən hazırlanıb. Artıq ərazidə üzə çıxan madddi mədəniyyət nümünələri ilə bağlı adiyyatı qurumlara məlumat verilib. Yaxın vaxtlarda isə mütəxəssislərin əraziyə baxış keçirməsi gözlənilir.







Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 464

Təcili satılır!

  • 04:07
  • 1 924
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter