Lənkəranskini öldürməkdə şübhəli bilinən şəxs Tiflisdə güllələndi


Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi məlum olub.

APA-nın yerli bürosu “Rustavi 2” televiziya kanalına istinadla xəbər verir ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.

Lənkəranskini öldürməkdə şübhəli bilinən şəxs Tiflisdə güllələndi

Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Ötən gecə Tbilisidə qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki - düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.


Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.
R4suloffR4suloff

OXUNMA SAYI :615

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az