Moskvadan Masallı hakimlərinə məktub


“Elə addımlar atın ki, burada sizə görə utanmayaq”

Moskvadan Masallı hakimlərinə məktub

Cenubxeberleri.com saytı demək olar ki, hər gün azı 4-5 dəfə səhifəsinə “baş çəkdiyim” saytlardandır. Texniki imkanlarına görə paytaxt saytlarının bir çoxundan geri qalsa da, ən azından cənub bölgəsi ilə bağlı dolğun, müstəqil məlumatlara görə bu sayta çox minnətdarıq. Ən azında Moskvada bu saytı yüzlərlə insan izləyir. Bildiyimə görə sayta gündəlik ümumi baxış 10-15 mindir.

Eyni adlı qəzeti də imkan olduqca rayondan bizə yollayırlar.

Belə bir sayta, belə bir qəzetə mənasız hücumlar qəlbimizi ağrıdır.

Hüquqşünas olduğum üçün “Cənub xəbərləri” qəzetinin məhkəmə çəkişmələri ilə bağlı bəzi məqamlara münasibət bildirməyi özümüzə borc bildim.

Öncə Masallıdakı hakimlərin savadı barədə.

“cenubxeberleri.com” saytı yazır:

“Hələ 2010-ci ilin sentyabr ayında Masallı məhkəməsində bizə qarşı açılan davada “xüsusi icraat qaydası ilə xüsusi iddia icraatı qaydasını” bir-birindən ayırd edə bilməməklə bu hakim (söhbət Nemət Musayevdən gedir) ciddi savadsızlıq nümayiş etdirmişdi. 09 sentyabr 2010-ci il tarixli sayımızda “Hakim qərardadını ləğv edib” adlı yazıda bu məqamlara tam aydınlıq gətirmişdik.”

Həmin vaxt Masallıda idim. Gənc hüquqşünas kimi “Hakim qərardadını ləğv edib” yazısı məni dəhşətə gətirdi. Doğrudanmı, yüz minlərlə əhalisi olan rayona hakimlik edən şəxs qanunlardan bu qədər xəbərsizdir, yaxud bilərəkdən qanunlara bu qədər hörməktsizlik edir? (Çox arzu edərədim ki, həmin yazının elektron variantı sayta yerləşdirilsin).

Bu günlərdə isə Zahir Əmənovla “şərəf və ləyaqət” davasını araşdıran hörmətli hakim Anar Alməmmədovun (düzü bu vaxta qədər onun savadlı hüquqşünas olduğu qənaətindəydim) “şərəf” sözünü düzgün başa düşə bilməməsi, amma buna baxmayaraq məhkəmədə tanınmış jurnalistə qarşı “şərəf və ləyaqət” davası ilə bağlı məhkəmə işi aparması çox utandırıcıdır.

Cenubxeberleri.com saytının son məhkəmə iclası ilə bağlı yaydığı yazıya nəzər salaq.

“Məhkəmənin hakimi Anar Alməmmədov onun köməyinə çatıb əlavə edir ki, hamının şərəfi var.

Digərləri şərəfsiz deyil ki?
İndi isə məhkəməyə təqdim etdiyimiz professor, filologiya elmləri doktoruQulu Məhərrəmlinin həmin yazı ilə bağlı verdiyi rəydə “şərəf” sözünün açmasına baxaq: “Şərəf - insanın ona etibar edilmiş ictimai sahədə öz Səriştəsi, Bilik və Bacarığı ilə qazandığı Mənəvi Mərtəbədir” Hörmətli hakim, hörmətli Anar müəllim, indi sizə aydın oldumu, “şərəf” sözünün mənası nə deməkdir?

Amma sizin anlamınızdan yanaşsaq, yəni “hamının şərəfi var” fikrini əsas götürsək, belə aydın olur ki, quldurun da, “həyat qadının” da, azyaşlını zorlayanın da, fırıldaqçıların və sair şəxslərin də şərəfi var.”

İnanmaq olmur. Bir neçə il hakimlik təcrübəsi olan şəxs belə elementar məsələlərdən xəbərsiz olsun. Ən azından Azərbaycanda hər il şərəf və ləyaqət məsələsinə görə yüzdən artıq işə baxılır.

Mən Zahir Əmənovun hakim Anar müəllimə ünvanlandığı sualları davam etdirmək istəyirəm.

Azərbaycanda rəsmi statistikaya görə 100 mindən artıq narkoman var. Hər ay onlarla “icraçısı” olan “əxlaqsızlıq yuvaları” aşkarlanır, oğruların, dələduzların sayı günbəgün artır. Təkcə həbsxanalarda quldurluğa və

soyğunçuluğa, hətta anasına, bacına sataşdığına görə minlərələ cəza çəkən insan var. İndi onları da şərəfli saymaq olarmı?
(Şərlənib tutulanlar, əqidəsinə görə həbs edilənlər istisnadır).

Bunların hamısının ləyaqət davası açmağa haqqı var. Lakin şərəf məsələsi tamam başqadır. Qulu Məhərrəmlinin rəyi iıə tam şərikəm.

(Yeri gəlmişkən, Qulu müəllimə belə vətəndaş mövqeyinə görə təşəkkür edir, eləcə də bəzilərinə sual ünvanlayıram. Hardadır “yubiley-yubiley” oynayan Masallı alimləri, iddiası yerə-göyə sığmayan ziyalılar? Hardadır Jurnalistlər Birlyinin Masallıdakı onlarla üzvləri, o “Qızıl Qələm” mükafatçıları, müxalift partiyalarının rayon rəhbərləri, haqq-ədalət aşiqi - Hacılar, Kərbəlayılar? Səsiniz haçan çıxacaq?)


Qaldı ki, “vəhşi” məsələsinə. Həmin yazılara bir daha nəzər saldım.

Masallı Rayon Məhkəməsinin 07 2008-ci il tarixli hökmündən sayt vasitəsi ilə oxuyuruq:

“İbtidai araşdırma zamanı
Quliyev Rabit Süleyman oğlu Azərbaycan Respublikası CM-nın 127.2.3, 128 və 132-ci maddələri ilə ona görə təqsirli bilinib ki, o, 15 noyabr 2007-ci il tarixdə Şatıroba kəndindəki evinin qarşısındakı yolda yaşadığı evin həyətinə gələn yolun bağlanması səbəbindən qonşuları Nəzərova Arifə Mustafa qızı, Rəhmətova Kinonoğa Babaulla qızı, Nəzərəova Maytab Paşa qızı və Cahangirova Vüsalı Aydəmir qızı ilə şəxsi münasibətlər zəmnində mübahisə etmiş və mübahisə zamanı əlindəki boru parçası ilə

Arifə Nəzərovanın bədənin müxtəlif nahiyələrindən vuraraq başın ənsə, təpə, gicgah nahiyyəsində 3 ədəd şişginlik, beyin silkələnməsi və sol yanaq nahiyyəsindən qançırla nəticələnmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran,

Kinonoğa Rəhmətovanın bədənin müxtəlif nahiyyələrindən əl ilə, təpiklə və dəmir parçası ilə vuraraq sol göz nahiyyəsində qançır, burnun üst nahiyyəsində əzilmiş yara, burun sümüyünün açıq yerini dəyişən sınığı ilə nəticələnmiş dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan,

Maytab Nəzərovanın müxtəlıf nahiyyələrindən vuraraq başın alınnahiyyəsində əzilmiş yara, sağ nahiyyədə qançırla nəticələnmiş, dərəcəsinə görə sağlamlığı qısa müddət pozulmasına səbəb olan xəsarət,

Cahangirova Vüsalə Aydəmir qızının isə şişkinlik, sağ said nahiyyəsində qançırla nəticələnmiş, sağlamlığa zərər vurmadığı üçün dərəcələri müəyyən edilməyən xəsarətlər yetirmişdir”

Anar müəllim, adamı vəhşicəsinə döymək necə olur? Deyilənlər yalandırsa o vaxt Masallı məhkəməsi hələ barışığı nəzərə alaraq, bu adamı əmək haqqının 20 faizi tutulmaqla niyə 6 ay islah işlərini yerinə yetirmə cəzası ilə cəzalandırıb?

Deməli bir neçə qadının döyüb, şillə, yumruq, təpik, turba ilə xəsarət yetirib, xəstəxanalıq etmək şərəfə toxunmaq deyil, amma “vəhşicəsinə döyülərək” söz birləşməsini işlətmək qanunu pozmaqdır. 4 qadını amansızlıqla döyən adam necə başqasından “şərəf-ləyaqət” davası edə bilər? Hakim belə gülünc iddianı necə icrata qəbul edə bilər?

Rabir Quliyev adi vətəndaşdır. Həmin şəxsə yaxın kənddə doğulub boya-başa çatdığımdan qohumlarımdan onun barəsində soruşdum. Heç xoş söz deyən olmadı. İndi sual doğur, hakim Anar müəllim, hansı əsaslarla belə iddianı icraata qəbul edib? Deməli,

həmkarı Nemət Musayevin arzularını çiçəkləndirir.


Nemət Musayevdən Masallıda razı adam çətin tapılar. O nəinki vətəndaşlar üçün ciddi problemlər yaradır, görünür, haqlı tənqidləri həzm edə bilmədiyindən hakim həmkarı Anar müəllimi də bu ucuz oyuna qoşaraq, ona da problemlər yaşadır.

Mənə qəribə gəlir ki, öz hüquqların gözəl bilən Zahir müəllim, belə hakimlərin əməllərindən niyə Azərbaycanın Məhkəmə-Hüquq Şurasına şikayət etmir? “Azərbaycan saatı”, “Meydan TV” kimi müstəqil kanallarda öz sözünü niyə demir?

Məndə olan məlumata görə, Masallı rayonunun İcra Başçısı Rafil müəllim jurnalistdir, kifayət qədər savadlı və humanist adamdır. Nədən o, rəhbərlik etdiyi rayonda hakimlərin belə gülünc əməllərinə dözür?

Sonda üzümü yenə həmin hakimlərə tuturam. Qanunlardan qorxmursunuzsa, heç olmasa Allahdan qorxun. Təkcə son 1 ildə maşın qəzasından, digər bəlalalardan övladlarını itirən prokuror, rəis, digər məmur balalarının taleyini gözünüz önünə gətirən.

İnaanıram k, belə məhkəmələr Zahir Əmənovu daha da şöhrətləndirəcək, ona qarşı ucuz oyun quran hakimləri isə daha da biabr edəcək. Sonda uduzan isə Masallı olacaq. Necə deyərlər, hakimlərini göstər, bilək ki, orada insanların hüquqları necə qorunur?

Tərlan Babayev,
Moskva
R4suloffR4suloff

OXUNMA SAYI :1476

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az