Şeyxin oğlu ailəsi ilə birlikdə xaricə köçdü


Bu gedişi Hacı Qalib də təsdiqlədi: “...
Şeyxi pərişan gördüm”


Şeyxin oğlu ailəsi ilə birlikdə xaricə köçdü

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.

Bu barədə Ölkə.Az-ın yaydığı məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb.

“Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatdayayılan informasiyalar göstərilir” - xəbərdə deyilir.

Musavat.com olaraq məlumatı dəqiqləşdirmək, yaxud səbəbini aydınlaşdırmaq üçün Şeyx ilə danışmaq imkanımız olmadığı üçün onun qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlamağa cəhd etdik. Lakin onunla da danışmaq mümkün olmadı. Bu yerdə qeyd edək ki, bir neçə gün bundan əvvəl Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərə xarici ölkələrin birindən reaksiya vermişdi.

Qeyd edək ki, bir müddət öncə Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə mətbuata açıqlamasında Şeyxin varisinin onun oğlu olduğunu demişdi və bu, rezonans doğurmuşdu.

Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqlədi və bildirdi ki, həqiqətən də o, ailəsi ilə birgə dünən ölkəni tərk edib.

Səbəbinə gəldikdə, bu barədə məlumatsız olduğunu söylədi: “Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.

Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq? Hacı Qalib bu ehtimalı bölüşmədi: “Yox. Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.
R4suloffR4suloff

OXUNMA SAYI :248

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff