Bizdə ölüyə hörmət çoxdur, ya diriyə?


Əvvəli bu linkdə http://cenubxeberleri.com//960-bizde-oluye-hormet-choxdur-ya-diriye.html

Eyni Allaha, eyni dinə, eyni peyğəmbərə, eyni imama inansaq da, niyə hüzr məclislərimi yanaşı kəndlərdə də bir-birindən xeyli fərqlidir?

Hansı nümunələr var?


Bizdə ölüyə hörmət çoxdur, ya diriyə?


Naxçıvan nümunəsi çoxlarına bəllidir. Çoxlarımızın bəyənmədiyi Naxçıvanın rəhbəri Vasif Talıbov hüzrlərlə bağlı qəti qadağa qoydu-hüzr məclisləri 3 gün olsun, süfrəyə ancaq, çay, qənd və xurma verilsin.

Bu günlərdə Bakı kəndlərindən hüzr mərasimlərində ehsan verməməklə bağlı maraqlı təcrübənin sorağı gəldi. Həmin məlumatdan bir neçə sətri sizə təqdim edirik:


“Bakının Sağan kəndində hüzr məclisləri ilə bağlı verilən qərar ictimaiyyət tərəfindən təqdir edilməkdədir. Məlum olduğu kimi, sentyabrın 1-dən başlayaraq bu kənddə yas mərasimlərində daha yemək verilməyəcək. Təkcə Sağanda deyil, Bakının bir çox kəndlərində, o cümlədən Balaxanıda yas mərasimlərində ehsan verilmir. Məlumata görə, 4-5 il bundan əvvəl kəndin ağsaqqalları bir yerə yığışaraq ehsan süfrələrində israfa yol verməmək üçün qaydalar tətbiq ediblər. Buna əsasən kənddə yas mərasimlərində ehsan olaraq yalnız çay və xurma verilir. Əgər molla məclisə gəldiyi zaman orada aş və digər isti yeməklərin verildiyini görərsə, məclisi aparmaqdan imtina edir. Əgər yas yiyəsi ehsan vermək istəsə, bu zaman

məscidə gedir və ona xüsusi siyahı verilir, hansı ki, həmin siyahıda kənd ağsaqqalları tərəfindən kəndin imkansız, xəstə, əlil üzvü olan, övladlarının təhsil haqqını ödəyə bilməyən ailələrin adları qeyd olunub. Yas yiyəsi də siyahıda adı olan şəxslərə ehsan əvəzi olaraq yardım edir. Bundan başqa bir çox bölgələrdə, o cümlədən Şirvan zonalarında, Qazax, Şəmkir, Tovuz rayonlarında artıq yas mərasimlərində ehsan süfrələri yığışdırılıb. Əvəzində isə süfrəyə meyvə, xurma və çay verilir. Bu günlərdə isə Gəncə şəhərində yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub. Bu barədə xezerxeber.az məlumat yayıb.

Məlumata görə, bu təklif şəhər fəallarının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb. Beləliklə bundan sonra Gəncədə də yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta Gəncə ətrafı rayon sakinlərinin də bu təşəbbüsü dəstəklədiyi bildirilir.

Hökumət bu işdə hansı tədbirlər görə bilər?

Əksəriyyət deyir ki, burada hökumətlik nə var ki, mollalar, ziyalılar, hüzr sahibləri bir qərara gəlməlidir.

Yenə də çoxlarının bəyənmədiyi Türkmənistan nümunəsinə nəzər salaq.

Burada hökumət bütün hüzr xərclərini heç kim üçün ayrı-seçkilik etmədən öz üzərinə götürür. Kimsə dünyasını dəyişirsə, onun cəsədi xeyir-şər evinə verilir. Meyitin yuyulması, dəfni,

molla xidməti və sair hökumətlik olur. Bundan əlavə hökumət ölənin kimliyindən asılı olmayaraq onun üçün ancaq çay süfrəsi açmaqla 3 günlük hüzr məclisi təşkil edilir. Nə ehsan, nə pul yığma, nə vaxt itkisi... Hər şey göründüyü qədər sadə.

Ukrayna nümunəsi

10 il öncə Ukraynanın Kremençuk şəhərində səfərdə idik. Təxminən Masallı qədər əhalisi var. Şəhər mərkəzindəki parkda üstündə yazı olan çoxlu oturacaq gördük. Bəlli oldu ki, kimin qohumu rəhmətə gedirsə, imkanı varsa, həmin şəxs bizdəki ehsan əvəzinə, həmin şəxsin xatirəsinə həmin parka oturacaq qoyur və üzərinə yazdırır ki, filankəsin xatirəsinə. Bu qayda ilə o bağa o qədər oturacaq qoyulur ki, şəhərin meri məcbur olur ki, yeni bağlar təşkil etsin.

Qəbir üstə getməyin və gəlməyin vahid düsturu varmı?

Çoxlarına bəllidir ki, hüzr zamanı ən vacib əməllər dəfnlə bağlı adətlərdir-namaz, qusul və sair. Bakı və digər yerlərdə dəfn günü istisna olmaqla, rəhmətə gedənin 3-ü, yaxud 7-ü günü qahumlardan 5-10 nəfər səh vaxtı qəbr üstə gedib, yasin oxutdurur və qayıdır. Amma əksər kəndlər 7-nə qədər hər gün böyük dəstə ilə qəbirüstə gedir, həmin dəstə ilə də qayıdır. Bir neçə molladan soruşmuşam ki, qəbrüstə yasin oxunduqdan sonra hərə öz evinə getsə nə olar? Konkret və eyni cavab verən tapılmayıb.

Bəziləri elə düşünür ki, ölənlə az qala o dünyaya getməli, yaxud, kimsə rəhmətə gedibsə, hamı işin-gücün atıb, ən azı 7 gün orada əyləşməlidir.

İllah ki, bekar adamlar. Hansı ki, müftə çay içməyə. Şirniyyat yeməyə fürsət axtaranlar. Gəlib 6-7 gün çay-şirniyyat nuş eləməsi bir yana, sonra da minnət qoyur ki, mən onun hüzrünə 7 gün gəldim, o 1 dəfə gəldi.

Hamı bilir ki, işgüzar və çörək qazanan insan üçün vaxt qızıldır.

Necə deyərlər, burada yadıma Mirzə Cəlilin bir xatirəsi düşdü. Ondan soruşurlar ki, Mirzə, 2 ildir işsizsən. Darıxmırsan? Deyir ki, 2 ay məhərrəmlik, 1 ay orucluq, hər hüzr də 40 gün. Heç darıxmağa vaxt qalır ki?

Kimsə sual vermir ki, Bakıdakı mərasim evlərində molla ancaq fatihə verməklə işin bitirir, bizdə isə molla 4-5 saat fasiləsiz danışır?

Bu qədər Allah, peyğəmbər sözünün aşiqiyiksə, niyə bu qədər “Şərab Evi” aşıqırıq, Peyğımbərin “Zülmə dözən, zülümkara bərabərdir”, “Beşikdən qəbrə qədər oxuyun” və sair dəyərli kəlamlara əməl etmirik.

Niyə övladlarımıza Hüseyn adını qoymağı xoşlayır, lakin məqamı gələndə Hüseyn cəsarətinin 1 faizini göstərməyə belə cəsarətimiz çatmır?. “Allhdan başqa heç

kimdən qorxum yoxdur” deyənlər, niyə bapbalaca məmurun da qarşısında tir-tir əsir?

“Nədən başlamalı?” və “Kimdir günahkar?” suallarının cavabın necə tapmalı?


Əksəriyyət hesab edir ki, günahın çoxu mollalardadır. Çünki 7 günlük hüzr məclisləri onlar üçün açıq-aşkar gəlir yeridir. Eləcə də mövhumatçılıqdan faydalanmaq istəyənlər üçün bu məclislər ən əlverişli auditoriyadır.

Bəs hüzr sahibləri?

Məncə, hüzr sahibləri qətiyyət göstərərsə, həmin şəxs hüzr məclisini 3 gün də edər, 5 gün də. Belə edənlər də az olmayıb

Qadınlar böyük qüvvədir.

Bu kəlam hüzr məclislərində də bəzən özünü göstərir. Kişilər təkidlə “Hüzr 3 gün olsun”deyir, ancaq qadınlar imkan vermir.

Niyə ziyalılar, ruhanilər, məmurlar bu sahədə nümunə göstərmir?

Bu sahədə bir məqama da toxunmaq yerinə düşər. Bəziləri asudə vaxtı maraqlı keçirtməyə münasib yer tapmayıb, əlacı hüzr məclislərində görür. Yəni, alternativ variantlar yoxdur.

Son əvəzi

Bəzən illərlə yataq xəstəsi olanı aramırıq, amma onun hüzr məclisini 7 gün etməyəndə kimlərisə qınayırıq. İllərlə kitab oxumuruq, bildiyimiz həqiqətlə əməl etmirik, narkobaranları verdiyi ehsanları həvəslə nuş edirik, amma...

Bu sahədə deyiləsi söz həddindən artıq çoxdur. Ən kəsə və rahat yol isə, özümüzdən başlamaqdır.

Şəxsən vəsiyyət etmişəm ki, nə vaxt vəfat etsəm, hüzr 3 gün olsun, ancaq dəfn günü qəbir üstünə gedilsin, xərc yığılmasın, övladım insanların istirahət etdiyi yerə mənim xatirəm üçün 1-2 oturacaq qoydursun.

Zahir
R4suloffR4suloff

OXUNMA SAYI :243

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff