Bibisi oğlunu mülk üstündə öldürüb


Dünən Masallıda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az xəbər verir ki, Qızılağac kənd sakini Hüseynov Vüsal Rüfət oğlu bibisi oğlu Allahverdiyev Afiq Rafiq oğlunu mülk üstündə öldürüb.

Bibisi oğlunu mülk üstündə öldürüb

İlkin araşdırmalar zamanı məlum olub ki, Vüsal Hüseynov ailəsi ilə birgə bir neçə il əvvəl kənddəki evlərini sataraq Bakıya köçüb və paytaxtda yaşamağa başlayıb. Onların satdıqları ev ilə eyni həyətdə isə onun nənəsinin evi yerləşir və Afiq Allahverdiyev illər əvvəl anası vəfat edəndən sonra məhz həmin evdə nənəsinin himayəsində yaşayıb. Buna baxmayaraq Vüsal Hüseynov Afiqin həmin ev üzərində hüququnun olmadığını bildirirmiş və nənəsinin evini, eləcə də həyatyanı sahəni satmağa çalışırmış.

Afiq Allahverdiyev isə dayısıoğluna bildirib ki, buna imkan verməyəcək. O deyib ki, getməyə başqa yeri yoxdur və nənəsinin yanında yaşayan nəvəsi kimi onun da ev üzərində hüququ var. Bu səbəbdən dayıoğlu ilə bibioğlu arasında münaqişə yaranıb. Daha sonra Vüsal Hüseynov Afiqi özünə məxsus avtomobillə kəndin kənarına aparıb və küt alətlə onun başına zərbələr endirərək onu öldürüb. Ağır xəsarət alan Afiqin həyatını xilas etmək mümkün olmayAraşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Afiq Hüseynovn anası təxminən 20 il əvvəl vəfat edib və daha sonra atası onu nənəsinin yanına ataraq başqa yerə köçüb.

Masallıda qətl törədilib. Lent.az xəbər verir ki, Qızılağac kənd sakini Hüseynov Vüsal Rüfət oğlu bibisi oğlu Allahverdiyev Afiq Rafiq oğlunu kəndin yaxınlığındakı çöllük sahədə vəhşicəsinə döyüb. Başından çoxsaylı xəsarətlər alan A.Allahverdiyev xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Hadisəni törədən V.Hüseynov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
R4suloffR4suloff

OXUNMA SAYI :371

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff