"Şükür ki, ABŞ ilə bərabər dünyanı idarə edirik"


- Kəbənin baş imamından ŞOK AÇIQLAMA


İslam dünyasının ürəyi hesab edilən Kəbənin baş imamı olan Sudeysi inanılmaz bir bəyanat verib.

"Şükür ki, ABŞ ilə bərabər dünyanı idarə edirik"

Türk mediasında yer alan xəbərə görə, İslam Aləmi Birliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Nyu-yorka gedən Məscid-i Haramın və Məscid-i Peyğəmbərin şeyxi Əbdürrəhman -Es-Sudeysi Səudiyyə Ərəbistanının El-İhbariyye kanalına müsahibə verib.

Verdiyi bəyanata görə xüsusilə sosial mediada intensiv reaksiya görən Sudeysi "Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun ki, dünyanı birlikdə idarə edirlər" deyib.

Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyin və sabitliyin mərkəzi olmasında prioritet olduğunu müdafiə edən Sudeysi Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz və Amerika prezidenti Donald Trampa dua etməyi də unutmayıb.

Sudeysi Səudiyyə Ərəbistanı kralı və ABŞ prezidentinə bəşəriyyət üçünatacaqları addımlarda uğurlar arzulayıb.

Uğur
R4suloffR4suloff

OXUNMA SAYI :247

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff