Masallıda yol kənarında meyit tapılıb



Masallıda ölüm hadisəsi baş verib.


Masallı-Lənkəran yolunun Qumbaşı yaxınlığındakı ərazisindən keçən hissəsində 30-35 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Masallıda yol kənarında meyit tapılıb

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərək onun yanından ipə bənzər parça və bir ədəd qanlı şpris aşkar edilib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

APA-nın yaydığı digər məlumatda isə bildirilir ki, Masallıda qarabağ əlilinin meyti yol kənarında tapılıb.

Masallının Digah kənd sakini 45 yaşlı Rafiq İsmayılov 3 gün imiş yoxa çıxıb.Toylarda nağara ifaçısı kimi tanın Rafiqin yaxınları onun axdarışına çıxıb.Ötən gün təsadüf nəticəsində onun meyti Ələt-Astara yolunun kənarında meşəlik ərazidə aşkar edilib. Meyit müainə olunmağdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin müanə zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Onun hansı səbəbdən öldüyünü ekspertizanın rəyindən sonra məlum olacaq .
R4suloffR4suloff

OXUNMA SAYI :593

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff